Icma.az
close
up
RU
“TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib FOTO

“TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib FOTO

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan “TIME” jurnalı Azərbaycan haqqında hazırladığı məqalədə “Azerconnect Group”un fəaliyyətindən bəhs edib.

"Unikal" xəbər verir ki, “Azerconnect Group – Azərbaycanı dünyaya bağlayır” adlı məqalədə “Azerconnect Group”un  ölkənin aparıcı İKT şirkəti olması, həmçinin bu il dünyanın telekommunikasiya nəhəngi “Vodafone”la strateji tərəfdaşlığa başlaması qeyd olunub. Bildirilib ki, bu tərəfdaşlıq şirkətə rəqəmsallaşma, təhlükəsizlik əməliyyatları mərkəzləri, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi mühüm sahələrdə inkişafı daha da sürətləndirməyə imkan verəcək. 

“Azerconnect Group”un baş direktoru Emil Məsimov nəşrə müsahibəsində şirkətin ölkədə qabaqcıl texnologiyaların tətbiqi üçün kifayət qədər resursu və güclü infrastrukturu olduğunu qeyd edib: “Telekommunikasiya və İKT sahəsində sürətlə baş verən yeniliklər uzunmüddətli planlama baxımından əsl çağırışdır. Bu çağırışların öhdəsindən gəlmək üçün bazardakı dəyişikliklərə çevik  reaksiya olduqca önəmlidir”. 

Məqalədə, həmçinin bildirilib ki, “Azerconnect Group” “Deloitte” şirkəti tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi seçilib, həyata keçirilən innovativ təşəbbüslərə görə “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) və digər beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb.

Eyni zamanda, materialda şirkətin dayanıqlılıq sahəsində icra etdiyi layihələr barədə məlumat da yer alıb. Vurğulanıb ki, qabaqcıl biznes modellərinin tətbiqi nəticəsində şirkət enerji səmərəliyini əhəmiyyətli dərəcədə artıraraq, enerji istehlakını 60%-ə qədər azaldıb. 

“TIME” jurnalında dərc olunan məqalə ilə bu linkə (hiperlink: https://time.com/partnercontent/) keçid etməklə tanış olmaq olar.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2072

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see255

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see220

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see176

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see137

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri