Icma.az
close
up
RU
TIR ların pulunu sahibkarın əvəzinə dövlət ödəyəcək YENİLİK

TIR ların pulunu sahibkarın əvəzinə dövlət ödəyəcək YENİLİK

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycandan xaricə mal ixrac edən sahibkarların daşıma xərcini ilk dəfə olaraq dövlət ödəyəcək.

Modern.az FED.az biznes və maliyyə xəbərləri portalına istinadən xəbər verir ki, bu Prezident İlham Əliyevin “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 9 iyun 2026-cı il tarixli Fərmanında nəzərdə tutulur.

Fərmana əsasən ixrac daşıma dəstəyi yalnız Azərbaycan mənşəli, yəni yalnız ölkə daxilində istehsal edilmiş qeyri-neft-qaz mallarının ixracına tətbiq ediləcək.

Dəstək məbləği iki kriteriya əsasında hesablanacaq: ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğ və istifadə olunan nəqliyyat növündən asılı olaraq ixrac olunan malın gömrük dəyəri. 

Daşıma dəmir yolu, hava, dəniz və ya Azərbaycanda qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə nağdsız ödənilmiş daşıma xərclərinin 70%-i, digər ölkələrdə qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə isə 50%-i nəzərə alınacaq.

Bununla yanaşı, avtomobil, dəmir yolu və hava nəqliyyatı üzrə malın gömrük dəyərinin 15%-i, dəniz nəqliyyatı üzrə isə 5%-i yuxarı hədd kimi müəyyən ediləcək. İxracatçıya bu iki hesablamadan daha az olan məbləğ ödəniləcək.

Daxili daşıma dəstəyi Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınmasına şamil olunacaq.

Bu halda sahibkar tərəfindən nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70%-i dövlət dəstəyi kimi həmin biznes nümayəndəsinə ödəniləcək. Ödənişlər rüb ərzində daşıma həyata keçirən sahibkarların müraciətləri əsasında hesablanacaq və İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Dəstək mexanizmi 2026-cı ilin 1 sentyabr tarixindən 2036-cı ilin 30 sentyabr tarixinədək həyata keçirilən daşımalara tətbiq olunacaq.

Mexanizmin tətbiqi üçün mənşə qaydası, dəstəyin şamil olunmadığı əməliyyatlar və şəxslər, dəstəklənəcək malların siyahısı, ölkə qrupları, müraciətlərin təqdim edilməsi və baxılması qaydası, həmçinin müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar üzrə hesablama qaydası ayrıca normativ aktlarla müəyyən ediləcək.

Beləliklə, yeni dəstək mexanizmi ixracatçıların logistika xərclərinin optimallaşdırılmasına, yeni bazarlara çıxış imkanlarının genişlənməsinə və ixrac fəaliyyətinin uzunmüddətli əsasda planlaşdırılmasına əlavə imkanlar yaradacaq.

Nəticədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyəti yüksələcək, qeyri-neft-qaz ixracının davamlı artımına, ixracın şaxələndirilməsinə və ölkənin xarici ticarət potensialının daha da güclənməsinə töhfə veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Avqust 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri