Dubayda qalan turistlərin pulunu dövlət ödəyəcək
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Birləşmiş Ərəb Əmirlikləri regional gərginlik səbəbindən ölkədən çıxa bilməyən turistlərə dəstək qərarı verib. Hava sahəsinin müvəqqəti bağlanması bütün daxili və xarici uçuşların ləğv edilməsinə səbəb olub. Bu vəziyyətlə əlaqədar ölkədə ilişib qalan qonaqların yaşayış və yemək xərcləri dövlət büdcəsi hesabına qarşılanacaq.
Demokrat.az xəbər verir ki, BƏƏ-nin Ümumi Mülki Aviasiya İdarəsi tərəfindən otellərə artıq rəsmi göstərişlər göndərilib. Xüsusilə Abu Dabi və Dubay şəhərlərində fəaliyyət göstərən otellər qonaqların qalma müddətini uzatmalı və yaranan əlavə xərcləri hökumətdən tələb etməlidir. Hazırda geri qayıda bilməyən turistlər arasında Azərbaycan vətəndaşları da var və onlara qarşı da eyni qayda tətbiq olunacaq.
Bu addım regional gərginlik fonunda turistlərin təhlükəsizliyini təmin etmək və onların çətinliyini azaltmaq məqsədi daşıyır. Ölkə rəhbərliyi hava məkanı tam açılana qədər bu dəstəyi davam etdirəcəyini bildirib. Prosesin nə qədər çəkəcəyi isə regiondakı ümumi təhlükəsizlik vəziyyətindən asılı olaraq dəyişə bilər.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Demokrat.az xəbər verir ki, BƏƏ-nin Ümumi Mülki Aviasiya İdarəsi tərəfindən otellərə artıq rəsmi göstərişlər göndərilib. Xüsusilə Abu Dabi və Dubay şəhərlərində fəaliyyət göstərən otellər qonaqların qalma müddətini uzatmalı və yaranan əlavə xərcləri hökumətdən tələb etməlidir. Hazırda geri qayıda bilməyən turistlər arasında Azərbaycan vətəndaşları da var və onlara qarşı da eyni qayda tətbiq olunacaq.
Bu addım regional gərginlik fonunda turistlərin təhlükəsizliyini təmin etmək və onların çətinliyini azaltmaq məqsədi daşıyır. Ölkə rəhbərliyi hava məkanı tam açılana qədər bu dəstəyi davam etdirəcəyini bildirib. Prosesin nə qədər çəkəcəyi isə regiondakı ümumi təhlükəsizlik vəziyyətindən asılı olaraq dəyişə bilər.
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Dubayda qalan alman turistlərin ilk qrupu ölkəyə gətirilib
03 Mart 2026 18:18
Bu şəxslərin kirayə pulunu dövlət ödəyəcək
21 May 2026 17:54
Kreditinizi DÖVLƏT ÖDƏYƏCƏK
10 İyun 2026 14:19
Qazın pulunu kim ödəyəcək?
07 Aprel 2025 13:01
Dubayda qalan aktyorlar vətənə döndü
06 Mart 2026 14:34
Baxış sayı:134
Bu xəbər 02 Mart 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















