Icma.az
close
up
RU
Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb

Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər

Tirana, 18 fevral, Leyla Muradzadə, foto - İlkin Cavanşirov, AZƏRTAC

Tiranada Albaniyanın Baş nazirinin iqamətgahında MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb. O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin sərhədləri aşmasının mükəmməl bir nümunəsi olduğunu qeyd edib.

Sərgi haqqında məlumat verən Leyla Əliyeva mənəvi zənginliyi və səmimiyyəti ilə seçilən gözəl ölkədə olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Azərbaycan və Albaniyanı siyasi sərhədləri aşan sıx dostluq və dərin münasibətlər birləşdirir. Ölkələrimiz müasir dünyada böyük ehtiyac duyulan humanizm, xeyirxahlıq, ləyaqət və qarşılıqlı hörmət kimi ali dəyərləri paylaşır”.

O, həmçinin Baş nazir Edi Ramanın və tanınmış alban rəssamı Arben Qoleminin əsərlərinin bu sərgidə təqdim olunmasının onun üçün böyük şərəf olduğunu, bu gün burada Bakıdan olan dörd rəssamın iştirak etməsindən və onların öz müsbət təcrübələrini bölüşərək yaradıcılıqları haqqında şəxsən məlumat vermək imkanından böyük məmnunluq duyduğunu qeyd edib.

Leyla Əliyeva bəşəriyyətin təbiətə vurduğu zərərdən də söz açaraq deyib: “Hər il dünyada 10 milyon hektar meşə sahəsi məhv edilir. İnsanlıq vəhşi heyvanların 83 faizini, bitkilərin isə yarısını yox edib. Hər il planetimizdən 200 canlı növü silinir və okeanların 66 faizi birbaşa insan fəaliyyətinin mənfi təsirlərinə məruz qalır. Azərbaycanın zəngin ekosistemi də bu proseslərdən kənarda qalmır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Xəzər suitisi, qızılbalıq və nərə balığı kimi heyrətamiz canlı növləri yox olmaq təhlükəsi ilə üzləşib”.

Albaniyanın Baş naziri Edi Rama sərgidə Leyla Əliyevanın əsərləri də daxil olmaqla, təbiətin mühafizəsi ilə incəsənətin vəhdətini nümayiş etdirən rəsmləri görməkdən şərəf duyduğunu qeyd edib. Baş nazir bu sərginin iki ölkənin dostluğunda yeni bir səhifə açaraq, bura mədəniyyət və yaradıcılıq ruhu gətirdiyini söyləyib. Edi Rama sərginin davam etdiyi bir ay ərzində hər bir tamaşaçının buradan özü ilə rənglərin və xəyalların bir parçasını aparacağını bildirib.

Sonra qonaqlar sərgidə nümayiş olunan əsərlərlə tanış olublar.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Xalq rəssamı Elena Haqverdiyeva Tirananın çox gözəl və unudulmaz təəssürat yaratdığını qeyd edərək, sərgidə nümayiş olunan əsərinin “Daxili bağlar” adlandığını diqqətə çatdırıb. “Bu kompozisiyada xalça motivləri ilə vəhşi təbiət elementlərini bir araya gətirmişəm. Bu sənət işi hər birimizin daxili dünyasında, qəlbində “böyüyən” mənəvi bağlardan bəhs edir”, - deyə Xalq rəssamı əlavə edib.

Sərgidə əsəri nümayiş olunan rəssam Nərgiz Quliyeva MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisində iştirak etməkdən böyük şərəf duyduğunu bildirib. O, burada təqdim olunan əsərində afrikalı bir qadını təsvir etdiyini söyləyib. “Müxtəlif mədəniyyətlər və milli geyimlər hər zaman diqqətimi çəkdiyi üçün yaradıcılığımda bu mövzuya dəfələrlə müraciət etmişəm. Bu əsərimdə də məhz afrikalı bir ananı canlandırmışam”, - deyə N.Quliyeva diqqətə çatdırıb.

Sərgidə təqdim etdiyim əsərlərin mikroorqanizmlərin sirli dünyasına həsr olunduğunu qeyd edən rəssam Elnarə Nəsirli yalnız mikroskopla seçilə bilən, gözlərimizdən gizlənən o möhtəşəm kainatı tamaşaçıya çatdırmaq istədiyini bildirib. O, abstrakt formaların dili ilə bu görünməz aləmin hüdudsuz zənginliyini və mürəkkəbliyini nümayiş etdirməyə çalışdığını söyləyib.

Bu layihədə iştirak etməyin onun üçün qürurverici olduğunu diqqətə çatdıran rəssam Ceyhun Abdullayev sərgilənən əsərinin “Yeni həyat” adlandığını bildirib: “Burada hamilə qadın obrazı təsvir olunub. Arxa fonda təbiət təsvirlərinə yer vermişəm, çünki övlad dünyaya gətirməyin özü elə yeni bir həyatdır. Hesab edirəm ki, həm təbiətə, həm də incəsənətə olan sevgini birləşdirən bu layihə ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Fevral 2026 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri