Icma.az
close
up
RU
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.

XQ xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Türkmənistana akkreditə olunmuş diplomatik korpusun üzvləri və incəsənət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva incəsənətin və təbiəti qorumağın xalqlararası münasibətlərdəki mühüm rolunu vurğulayıb. O, incəsənətin müxtəlif xalqları mədəniyyət baxımından yaxınlaşdırdığını, insanların qəlbində gözəlliyə sevgi oyatdığını və ümumi humanitar dəyərlər ətrafında birləşməyə kömək etdiyini bildirib. “Bugünkü sərginin əsas mövzusu təbiətdir. İnsanla təbiət arasındakı harmoniya sabit inkişafın ayrılmaz şərtidir. Təbiətə qayğı ilə yanaşmaq, onun gözəlliyini və zənginliyini gələcək nəsillərə çatdırmaq hər bir insanın, eləcə də bütün cəmiyyətin mühüm vəzifəsidir”, - deyə O.Atabayeva diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş olunan əsərlər və iki ölkənin ortaq ekoloji məsələləri barədə fikirlərini bölüşüb. O, sərgidə 35 ölkədən 62 rəssamın 116 əsərinin nümayiş olunduğunu, həmçinin burada türkmən rəssamların əsərlərinin də yer aldığını qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti təqdim olunan hər bir əsərin təbiətimizin gözəlliyini, gücünü və kövrəkliyini özünəməxsus şəkildə üzə çıxararaq onu qorumağın nə qədər vacib olduğunu bir daha xatırladığını bildirib. Ekspozisiyanın ziyarətçilərdə zəngin emosiyalar yaradacağını və onlara ilham bəxş edəcəyini qeyd edən Leyla Əliyeva deyib: “Azərbaycan ilə Türkmənistanı təkcə qədim tarix və mədəniyyət deyil, həm də ümumi təbii irsimiz olan Xəzər dənizi birləşdirir. Təəssüf ki, son 10 il ərzində Xəzər dənizində suyun səviyyəsi xeyli aşağı düşüb. Nəticədə Xəzər suitisi və nərəkimilər kimi nadir heyvanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalıb”.

IDEA-nın fəaliyyətinə də toxunan Leyla Əliyeva qurumun istər Azərbaycanda, istərsə də bütün dünyada bu cür problemlərin həllinə yönəlmiş çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Eksponatlar sırasında Türkmənistanın dekorativ-tətbiqi sənət nümunələri də yer alıb. Burada milli musiqi alətləri, xalçalar, milli baş geyimləri, qədim zinət əşyaları, həmçinin türkmən xalqının maddi-mədəni irsini əks etdirən nümunələr sərgilənir.

Qeyd edək ki, MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Azərbaycan da daxil olmaqla, bir çox ölkədən sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri