Titanik də batan cütlüyün saatı hərracda 2 milyona satıldı
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Titanik"in sərnişinləri olan İsidor və İda Ştraus cütlüyünə məxsus qızıl cib saatı hərracda 2,33 milyon dollara satılıb.
Lent.az TASS-a istinadən xəbər verir ki, hərracı Böyük Britaniyanın Uiltşir qraflığında yerləşən "Henry Aldridge and Son" hərrac evi təşkil edib.
"Jules Jurgensen" firmasına məxsus saat 1912-ci il fəlakətindən sonra cəsədi tapılan alman-amerikalı iş adamı İsidor Ştrausun üzərində olub. Aysberqlə toqquşmadan sonra İsidor və arvadı İda qayığa minməkdən imtina edərək, gəmidəki digər insanların taleyini bölüşməyə qərar vermişdilər.
Axtarış qrupları İsidor Ştrausun cəsədini şəxsi əşyaları, o cümlədən saatı ilə birlikdə aşkar ediblər. Dənizin dibindən çıxarıldıqdan sonra saat onun varislərinə təhvil verilib. Bununla belə, İda Ştrausun cəsədi bu günədək tapılmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Noyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















