“Titanik” sərnişinin xilasetmə jileti hərracda 1 milyon dollara satıldı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Titanik” sərnişininin batan gəmidən xilas olarkən geyindiyi xilasetmə jileti şənbə günü hərracda 670 000 funt sterlinqə (təxminən 906 000 dollara) satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, jilet qəzaya uğramış okean laynerinin birinci sinif sərnişini Laura Meybl Frankatelli tərəfindən geyinilib və onun, həmçinin, eyni xilasetmə qayığından sağ çıxan digər sərnişinlər tərəfindən imzalanıb.
Qərbi İngiltərənin Devizes şəhərində keçirilən “Titanic Memorabilia” hərracında hərracçı “Henry Aldridge & Son” tərəfindən satışa çıxarılan əşyalar arasında ən yüksək lot olub və adı açıqlanmayan bir telefon alıcısına satışdan əvvəlki qiymətindən xeyli yüksək qiymətə satılıb. Belə ki, xilasetmə jiletinə başlanğıc qiymət kimi 250 000 – 350 000 funt sterlinq qiymət qoyulub.
“Titanik” xilasetmə qayıqlarından birinin oturacaq yastığı isə eyni hərracda Tennessi ştatının Picen Forc və Missuri ştatının Brenson şəhərlərində yerləşən iki “Titanik” muzeyinin sahiblərinə 390 000 funt sterlinqə (527 000 dollara) satılıb.
Bu mövzuda digər xəbərlər:“Titanik”in xilasedici jileti rekord qiymətə satıldı
20 Aprel 2026 11:37
“Titanik” sərnişininin saatı hərracda rekord qiymətə satıldı Fotolar
23 Noyabr 2025 11:34
Titanik üzərində yazılmış məktub 400.000 dollara satıldı
26 Aprel 2025 23:10
Titanik in sağ qalmış sərnişinin məktubu rekord məbləğə satıldı
28 Aprel 2025 06:33
“Titanik” sərnişininin xilasedici jileti 715 min dollara satılıb
19 Aprel 2026 08:32
Baxış sayı:181
Bu xəbər 20 Aprel 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















