Icma.az
close
up
RU
Titanik in 113 illik siri açılıb: Gəmi batana qədər işıqları yanıb

Titanik in 113 illik siri açılıb: Gəmi batana qədər işıqları yanıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Titanik" qalıqlarının rəqəmsal skanının ətraflı təhlili tarixin ən məşhur dəniz fəlakətinin son saatlarında baş verənləri ortaya qoydu.

Bizimyol.info xəbər verir ki, BBC-nin verdiyi məlumata görə, "Titanik" gəmisinin ilk tam miqyaslı skanerində əldə edilən üçölçülü rəqəmsal görüntülər gəminin batmasından əvvəlki proseslə bağlı yeni təfərrüatları üzə çıxarıb. Aysberqə çarpdıqdan sonra ikiyə bölünən gəminin 3D görüntüləri ilk dəfə olaraq 3800 metr dərinlikdə olan gəminin qalıqlarını bütünlüklə göstərib. Tədqiqat üçün gəminin qalıqlarını hər tərəfdən göstərən 700.000-dən çox görüntüdən istifadə edilib.

Əldə edilən görüntülər gəminin batmasına səbəb olan səbəblərdən birinin A4 kağızı ölçüsündə çoxlu dəliklərin olduğu, toqquşma zamanı aysberq parçalarının bəzi sərnişin kabinələrinə girdiyi müəyyən edilib.

Gəminin qazanxanasının yeni görüntüləri işçilərin gəminin işıqlarını yandırmaq üçün mübarizə apardığını ortaya çıxarıb. "Titanik" mütəxəssisi Parks Stephenson, işıqları yandırmaq üçün sobalara kömür atan işçi qrupun səyləri sayəsində çoxlu sayda insanın həyatının xilas edildiyini söyləyib.

Stivenson bildirib ki, işçilər işıqları və elektrik enerjisini sona qədər işlək vəziyyətdə saxlayıblar. “Bu, ekipaja xilasedici qayıqları qaranlıqda deyil, az işıqla təhlükəsiz şəkildə işə salması üçün lazım olan vaxtı qazandırıb”, - deyə bildirib.

Tədqiq edilən görüntülərdə gəminin batmasından sonra buxar klapanının açıq olaraq tapıldığını deyən Stivenson bu vəziyyəti sübut edib və bu heyətin qəhrəmancasına hərəkət etdiyini qeyd edib.

Lüks kruiz layneri "Titanik" 10 aprel 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən 2224 sərnişin və ekipajla Nyu Yorka yola düşüb. Gəmi 15 aprel 1912-ci ildə aysberqə çarpdıqdan sonra Şimali Atlantika sularında batıb. Qəza nəticəsində 1500-dən çox insan həyatını itirib. Qəza yerinə çatan "Karpatiya" gəmisi cəmi 710 nəfəri xilas edə bilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Aprel 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri