Icma.az
close
up
RU
Tıxac probleminin həlli istiqamətində böyük işlər həyata keçiriləcək Deputat

Tıxac probleminin həlli istiqamətində böyük işlər həyata keçiriləcək Deputat

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

“Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi son illər ölkəmizdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülmüş, böyük infrastruktur layihələri icra edilmişdir. Ancaq həm əhalinin sayının artması, həmçinin də iqtisadi göstəricilərin yüksəlməsi xüsusən Bakıda tıxac probleminin həllində yeni layihələrin həyata keçirilməsini labüd edir. Bu reallıqdır ki, əhalimizin daha rahat formada mənzil başına çatması məqsədi ilə tıxac probleminin həlli istiqamətində böyük işlər həyata keçiriləcək. Vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir”.

Bunu AzNews.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Cənab prezident nəqliyyat məsələlərini daim diqqətə saxlamışdır. Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər tikilib, yeni yollar salınıb. Kənd yolları, şəhərlərarası və magistral yollar çəkilb. Vaxtilə Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar salındı, bütün şəhərlər demək olar ki, müasir yollarla birləşdirildi. Bütün sərhədlərimiz müasir avtomagistrallarla əlaqələndirildi. Artıq kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır. Ancaq növbəti böyük bir proqramın qəbul olunması ilə tıxac məsələsinin həllində daha böyük uğur qazanılacaq. Cənab prezident müşavirə zamanı Zəngəzur məsələsinə növbəti dəfə toxunması ilə bir daha bütün dünyaya bəyan etdi ki, Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək. Bu dəhlizin açılması üçün praktiki addımlar atılır. Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ancaq buna baxmayaraq, biz öz iradəmizi ortaya qoyaraq bu problemin də həllində gücümüzü göstərəcəyik”.

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 30 Yanvar 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see153

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see152

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see143

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see140

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see138

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see138

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see137

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see135

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see124

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see123

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see123

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see122

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see121

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see120

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see117

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see115

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see115

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see112

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see112

Yatıb ayılmayan qızı belə xilas etdilər

22 Aprel 2025 16:05see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri