Nazir müavini: Qazaxıstan Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 24 aprel, AZƏRTAC
Qazaxıstan Azərbaycan və digər tərəfdaş ölkələrin kosmik sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Malik Oljabayov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) deyib.
“Bu sahədə bir sıra şirkətlərlə əməkdaşlıq edirik. Bir neçə il əvvəl biz Daşkənddə bir şirkətlə tanış olduq və indi o şirkət Qazaxıstanın əsas tərəfdaşıdır. Həmçinin Ankarada keçirilən son tədbirdə Şərqi Avropadan başqa bir tərəfdaş tapdıq və onlarla da işləyirik. Düşünürəm ki, bugünkü konfrans hamımız üçün yeni dostlar tapmaq, qarşıya yeni hədəflər qoymaq və yeniliklər etmək üçün gözəl fürsətdir”, - deyə Malik Oljabayov bildirib.
Qazaxstanlı nazir müavini əlavə edib ki, ölkəsində kosmik sektorda ciddi işlər aparlır: “Cari il sentyabrın 8-10-da Almatıda xüsusi kosmik tədbir - Qazaxıstanda Kosmos Günləri keçiriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















