Icma.az
close
up
RU
Tıxacın görünməyən qiyməti

Tıxacın görünməyən qiyməti

525.az saytına istinadən Icma.az xəbər verir.

"Bakıda tıxac məsələsinə artıq yalnız nəqliyyat problemi kimi deyil, iqtisadi səmərəlilik məsələsi kimi yanaşmaq lazımdır. Çünki tıxacda itirilən hər saat əmək vaxtının, yanacağın və nəticə etibarilə iqtisadi resursların itirilməsi deməkdir. Buraya əlavə yanacaq sərfiyyatı, logistika və çatdırılma xərclərinin yüksəlməsi, ictimai nəqliyyatın məhsuldarlığının azalması və ekoloji xərclər də daxildir. 2027-ci ildə Azərbaycanın ÜDM-nin 141 milyard manat olacağı proqnozlaşdırılır. Tıxacların iqtisadi təsirinin ÜDM-in 1-3 faizi həcmində olması barədə qiymətləndirməni şərti ssenari kimi qəbul etsək, söhbət ildə təxminən 1,4-4,2 milyard manatlıq iqtisadi təsirdən gedə bilər. Ancaq bu 1-3 faizlik göstəricini Bakı üzrə rəsmi hesablanmış itki deyil, qiymətləndirmə ssenarisi kimi təqdim etmək daha düzgündür".

Bunu iqtisadçı ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, tıxacların azaldılması üçün ilk növbədə daha çox yol tikməkdən deyil, bir kilometr yolun daha çox insan daşımasını təmin etməkdən çıxış etmək lazımdır. Bunun əsas vasitəsi ictimai nəqliyyatın şəxsi avtomobillə müqayisədə daha sürətli və rahat alternativə çevrilməsidir.

Avtobus zolaqlarının genişləndirilməsi, metro və şəhərətrafı dəmir yolunun inkişafı, avtobus-metro-dəmir yolu arasında vahid nəqliyyat sisteminin yaradılması əsas prioritetlər olmalıdır. AYNA-nın məlumatına görə, Bakıda artıq 100 kilometrdən çox avtobus zolağı yaradılıb və ümumi şəbəkənin təxminən 160 kilometrə çatdırılması nəzərdə tutulur. Agentlik xüsusi zolaqlar tətbiq edildikdən sonra avtobusların hərəkət sürətinin artdığını və səfər müddətinin azaldığını bildirir.

Ekspert qeyd edib ki, şəhərin mərkəzinə avtomobil axınının iqtisadi üsullarla idarə edilməsi də mühüm istiqamətdir. Mərkəzi ərazilərdə uzunmüddətli parklanmanın məhdudlaşdırılması, şəhərin girişlərində "park et və ictimai nəqliyyatla davam et" (Park & Ride) sistemlərinin yaradılması şəxsi avtomobillərin mərkəzə daxil olmasını azalda bilər.

Digər istiqamət iş və təhsil saatlarının daha çevik təşkili, mümkün sahələrdə distant və hibrid iş modellərinin təşviqidir. Dövlət qurumları, universitetlər, məktəblər və iri şirkətlərin eyni vaxtda fəaliyyətə başlaması pik saatlarda nəqliyyat sisteminə böyük yük yaradır. Başlama saatlarının fərqləndirilməsi tələbi gün ərzində daha bərabər bölüşdürə bilər.

Kərimlinin sözlərinə görə, "ağıllı nəqliyyat" idarəçiliyinin genişləndirilməsi də vacibdir. Svetoforların real vaxtda avtomobil və sərnişin axınına uyğun idarə olunması, yol hadisələrinin operativ müəyyənləşdirilməsi və sürücülərin alternativ marşrutlara yönləndirilməsi mövcud infrastrukturdan daha səmərəli istifadəyə imkan verir.

O bildirib ki, Bakının nəqliyyat problemini yalnız şəhərin inzibati sərhədləri daxilində həll etmək mümkün deyil. Xırdalan, Masazır, Sumqayıt və Abşeronun digər yaşayış massivlərindən hər gün Bakıya böyük sərnişin axını formalaşır. Buna görə şəhərətrafı dəmir yolu, ekspres avtobuslar və nəqliyyat mübadilə mərkəzləri vahid Bakı-Abşeron mobillik sistemi kimi inkişaf etdirilməlidir.

"Əsas məqsəd Bakıda avtomobillərin hərəkətini deyil, insanların hərəkətini sürətləndirmək olmalıdır. Tıxacda itirilən vaxt iqtisadiyyat üçün itirilən əmək məhsuldarlığıdır. Buna görə ictimai nəqliyyata yatırılan vəsaitə yalnız sosial xərc kimi deyil, məhsuldarlığı artıran iqtisadi investisiya kimi baxmaq lazımdır. Tıxacın hətta 10-15 faiz azaldılması belə uzunmüddətli perspektivdə logistika xərclərinə, yanacaq istehlakına, insanların vaxt itkisinə və bütövlükdə şəhərin iqtisadi səmərəliliyinə müsbət təsir göstərə bilər".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri