Icma.az
close
up
RU
​TIXACLARA QARŞI YENİ PLAN... Bakıda hansı dəyişikliklər ediləcək?

​TIXACLARA QARŞI YENİ PLAN... Bakıda hansı dəyişikliklər ediləcək?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda son günlər nəqliyyat sıxlığının daha da artması sürücülər və sərnişinlər üçün ciddi problemlər yaradır. Əsas küçə və prospektlərdə uzunmüddətli tıxaclar, metroda sıxlıq və dayanacaqlarda yaranan növbələr şəhərin nəqliyyat yükünün artdığını göstərir. Bu vəziyyət yolların mövcud imkanları, ictimai nəqliyyatın təşkili və artan avtomobil sayını yenidən gündəmə gətirir.

Bakıda nəqliyyat niyə son günlər bu qədər iflic vəziyyətinə düşüb? Şəhərdə tıxacların və ictimai nəqliyyatda sıxlığın azaldılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, şəhərdə nəqliyyat probleminin həlli istiqamətində 2025-2030-cu illəri əhatə edən dövlət proqramının icrasına başlanılıb.

Onun sözlərinə görə, proqram çərçivəsində metro xətlərinin ayrılması, yeni stansiyaların tikilməsi, dairəvi və radial yolların, eləcə də əlaqələndirici yolların inşası nəzərdə tutulur: “Bununla yanaşı, avtobus parkının mərhələli şəkildə 2800-ə çatdırılması, zolaq şəbəkəsinin genişləndirilməsi, mikromobillik infrastrukturunun inkişaf etdirilməsi, tramvayın şəhərə qaytarılması və dəmir yolu ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır. Şəhərdə aparılan tikinti işləri, hətta müvəqqəti yol bağlanmaları belə, nəqliyyat axınına təsirsiz ötüşmür. Hazırda şəhər əhalisinin əhəmiyyətli hissəsinin fərdi avtomobillərdən istifadə etməsi də tıxac problemini daha da dərinləşdirir".


Ekspertin fikrincə, beynəlxalq tədbirlər zamanı şəhərin müəyyən hissələrində tətbiq edilən müvəqqəti yol məhdudiyyətləri də mövcud vəziyyətə əlavə təsir göstərir: “Tədbirlər başa çatdıqdan sonra müvəqqəti məhdudiyyətlərin aradan qaldırılması ilk mərhələdə nəqliyyat vəziyyətinə müəyyən rahatlıq gətirə bilər. Eyni zamanda az xərcli və qısa müddətdə nəticə verə biləcək layihələrin icrası sürətləndirilməlidir. Buraya yol hərəkətinin işıqforlarla tənzimlənməsi, eyni səviyyəli keçidlərin sayının artırılması və piyada infrastrukturunun yaxşılaşdırılması daxildir”.

Nəqliyyat eksperti dəmir yolu sahəsində həyata keçirilən layihələrin də sürətləndirilməsinin mövcud imkanlardan daha səmərəli istifadəyə şərait yaradacağını bildirib: “Dövlət proqramının 2030-cu ilə qədər tam icrası şəhər mobilliyində ciddi dəyişikliklərə səbəb ola bilər. Əsas məqsədlərdən biri fərdi avtomobillərdən asılılığın azaldılması və alternativ nəqliyyat növlərinin payının artırılmasıdır”.

R.Ağamirzəyev qısa məsafələr üçün piyada hərəkəti və mikromobillikdən, orta və uzun məsafələr üçün isə ictimai nəqliyyatdan daha geniş istifadəni təklif edir: “Şəhər mərkəzinə fərdi avtomobillə daxil olmaq əvəzinə, avtomobili müəyyən ərazilərdə saxlayaraq səfərin qalan hissəsini ictimai nəqliyyatla davam etdirmək mümkün olmalıdır.İndiki dövrdə hibrid səfər modelindən düşünməliyik. Vətəndaş fərdi nəqliyyatla müəyyən əraziyə qədər gəlib avtomobilini park edə, daha sonra ictimai nəqliyyat vasitəsilə hərəkətini davam etdirə bilər. Bu, həm tıxacdan yayınmağa, həm də şəhərin ümumi hərəkətliliyinə müsbət təsir göstərə bilər”.

Ekspert işıqforla tənzimlənən piyada keçidlərinin sayının artırılmasının da vacib olduğunu qeyd edib: “İşıqforlar yalnız piyadaların təhlükəsiz keçidini təmin etmir, eyni zamanda müxtəlif nəqliyyat iştirakçılarının – avtobusların, mikromobillik vasitələrinin, fərdi avtomobillərin, taksilərin və piyadaların hərəkətini nizamlayır. Piyada infrastrukturunun inkişafına xüsusi diqqət yetirilməlidir. Mikromobillik zolaqlarından piyadaların istifadə etməsi yalnız nəticədir; əsas səbəb isə piyada səkilərinin bəzi ərazilərdə yararsız və ya fasiləli olması, səkilərdə müxtəlif obyektlərin yerləşdirilməsi və piyada marşrutlarının davamlılığının təmin edilməməsidir. Piyada üçün qısa, rahat və fasiləsiz marşrutlar yaradılmalıdır. Əks halda, mikromobillik üçün yaradılan infrastrukturun səmərəliliyi də aşağı düşəcək”.

Ekspert hesab edir ki, nəqliyyat sistemində bəzi dəyişikliklərin nəticəsi uzunmüddətli perspektivdə özünü göstərsə də, nisbətən az xərcli və operativ layihələr vasitəsilə vətəndaşların bir həftə, 10 gün və ya bir ay ərzində hiss edə biləcəyi nəticələr əldə etmək mümkündür: “Bakıdakı nəqliyyat probleminin digər mühüm istiqamətlərindən biri logistika axınlarının şəhər ərazisində cəmləşməsidir. Hazırda logistikanın əsasən şəhərin qərb hissəsində cəmləşməsi səmərəli model hesab edilə bilməz. Lökbatan–Liman–Dənizkənarı küçəsi–Neftçilər–8 Noyabr–Zığ–Hava limanı–Heydər Əliyev prospekti–Ziya Bünyadov prospekti və digər əsas arteriyalar üzərində yük axınlarının bir istiqamətdə cəmləşməsi şəhər daxilində əlavə nəqliyyat hərəkəti yaradır. Əgər yüklər qərbdə yerləşən bir logistika mərkəzindən şəhərin digər hissələrinə kiçikhəcmli yük avtomobilləri ilə yenidən daşınırsa, bu, logistika sisteminin optimallaşdırılması deyil, əksinə, yük nəqliyyatının şəhər daxilində hərəkətinin artması ilə nəticələnir.

Bu baxımdan, dəmir yolu ilə əlaqələndirilmiş logistika sisteminin qurulması, şəhərin mərkəzi və şərq hissələrində uyğun logistika qovşaqlarının yaradılması və yük axınlarının məkan üzrə bölüşdürülməsi nəqliyyat yükünün azaldılmasına imkan verə bilər”.

Oğuz Ayvaz

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Sentyabr 2026 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri