Icma.az
close
up
RU
Aİ yeni plan hazırlayır...

Aİ yeni plan hazırlayır...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın dondurulmuş aktivləri Ukraynaya ötürüləcək?

Avropa İttifaqı ölkələri Ukraynaya yardım üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin yeni variantını araşdırır. Belə ki, Britaniyanın “Financial Times” (FT) qəzetinin məlumatında qeyd olunur ki, Aİ-nin üzv ölkələri Belçikanın “Euroclear” depozitarında nağd pul qalıqları statusuna çevrilmiş vəsaitlərdən Avropa üçün faizsiz istiqrazların alınmasında istifadəyə ümid edirlər. Qəzetin məlumatına görə, Rusiya Federasiyasının “Euroclear”da saxlanılan 194 milyard avroluq aktivinin 170 milyard avrosunun ödəmə vaxtı çatıb və pul qalıqları dərəcəsinə keçib. Ukrayna vəsaiti tranşlarla alacaq. Maliyyələşdirmə mexanizmlərinin idarə olunması üçün xüsusi alətdən də istifadə edilməsi təklif edilir ki, bu da Avropa İttifaqından kənar ölkələrin iştirakına imkan verə bilər. Sentyabrın 10-da Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib ki, Belçika Avropa İttifaqının hüquqi riskləri bölüşməsi şərti ilə Rusiyanın təxminən 200 milyard avro məbləğində dondurulmuş aktivlərinin istifadəsinə razılıq verəcək. Diplomatın sözlərinə görə, Brüssel ölkənin illik büdcəsinə ekvivalent məbləği ödəməyə məcbur edə biləcək hər hansı potensial iddiaya görə məsuliyyət daşıya bilməz. Bundan əvvəl Almaniya Rusiyanın dondurulmuş aktivləri ilə bağlı mövqeyini dəyişib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Aİ-nin bu məsələdə əsas diqqəti aktivlərin səmərəli və risksiz idarə olunması, bununla bağlı məsuliyyətin düzgün şəkildə bölüşdürülməsinə yönəlib. “Burada əsas söhbət Rusiyanın dondurulmuş 200 milyard avro dəyərində vəsaitlərdən, ən əsası da hər hansı effektli aktivitə yerləşdirilməyən və pul qalığına çevrilmiş sözügedən vəsaitlərin gələcək taleyindən, eyni zamanda, bu istiqamətdə məsuliyyət bölgüsündən və vəsaitlərin səmərəli şəkildə idarə olunmasından gedir. Rəsmi Brüssel bununla bağlı riskləri Aİ-nin digər üzv ölkələri ilə bölüşməkdə maraqlıdır, yəni bu yükü təkcə öz çiyinlərinə götürmək istəmir. Avropa İttifaqının özünün də burada maraqları var -  Aİ müvafiq vəsaitlərin daha az cəlbedici olan və faizsiz istiqrazlarda yerləşdirilməsini istəyir. Bu istiqrazlar Avropa İttifaqının ümumi borclanma xərclərinin optimallaşdırılmasında xüsusi alət kimi istifadə oluna bilər. Məsələnin ümumi mahiyyətinə gəlincə, 200 milyard avro dəyərində olan vəsaitlərin bu və digər şəkildə səmərəli və risksiz idarə olunması, o cümlədən mərhələli şəkildə Ukraynaya ötürülməsi, yəni bu vəsaitlərin Ukraynada infrastrukturun yenidən qurulmasını, xüsusilə də müharibənin vurduğu zərərin və fəsadların aradan qaldırılmasını nəzərdə tutan layihələrin maliyyələşdirilməsinə yönləndirilməsi əsas və prinsipial hədəfdir. Artıq bu barədə razılaşmalar əldə olunub və ilkin formada yol xəritələri tərtib olunur”, - deyə R.Həsənov əlavə edib ki, dondurulmuş vəsaitlərin faizli və gəlirli aktivlərə yerləşdirilməsi Ukrayna üçün faydalı ola bilər; “Təbii ki, bütün bunlar ilkin hazırlıq tədbirləridir. Müharibənin nə zaman və hansı şərtlər altında sona çatacağı qeyri-müəyyən olaraq qalır. Ola bilər ki, Rusiyanın şərtlərindən biri dondurulmuş vəsaitlərin geri qaytarılması tələbi ola bilər. Amma istənilən halda beynəlxalq hüquq imkan verir ki, həmin vəsaitlər Ukraynada müharibə nəticəsində dağıdılmış şəhərlərin, qəsəbələrin və xüsusi strateji əhəmiyyət daşıyan obyektlərin  yenidən qurulması üçün istifadə olunsun. Ümid edirəm ki, bu vəsaitlər yüksək faizli aktivlərə yerləşdiriləcək - bunun özü Ukrayna üçün çox faydalı olar”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see407

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see293

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see231

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see211

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see201

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see194

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see185

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see170

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see170

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see169

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see167

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see165

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see162

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see162

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see159

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see148

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see146

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see145

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see144

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri