Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Tofiq Abbasov: “Xark adasının ələ keçirilməsi real görünmür”

Tofiq Abbasov: “Xark adasının ələ keçirilməsi real görünmür”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İran ətrafında gərginlik getdikcə artır və vəziyyətin daha genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı beynəlxalq ictimaiyyəti ciddi narahat edir.

BMT-nin Baş katibi Antoniu Quterreş bildirib ki, regionda baş verən hadisələr artıq qəbul edilə bilən hədləri aşaraq nəzarətdən çıxmaq üzrədir və bu proses ağır humanitar nəticələrə səbəb ola bilər.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat konfransında bildirib ki, Prezident Donald Tramp münaqişənin sülh yolu ilə həllinə üstünlük verir.

“Prezident hər zaman sülhə üstünlük verir, əlavə insan itkilərinə və dağıntılara ehtiyac yoxdur. Lakin İran mövcud reallıqları qəbul etməzsə, Tramp daha sərt addımların atılmasına nail olacaq”, - deyə Livitt qeyd edib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə qeyd edib ki, İran hazırda heç bir danışıqlar aparmır və bu istiqamətdə çağırışları qəbul etmir.

Onun sözlərinə görə, hazırda danışıqlardan bəhs edilməsi qarşı tərəfin zəiflədiyini göstərir.Bu kimi qarışıq açıqlamalar fonunda diplomatik həll yolları real görünürmü?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Donald Tramp gün ərzində bəlkə 70-80 dəfə özü-özünü təkzib edir. 

"Tramp səhər dediyini günorta artıq təkzib edir. Uydurma və saxta məlumatlarla informasiya məkanını doldurmağa çalışır. Faktiki olaraq indi Qərb mediası, informasiya vasitələri, bütün mənbələr daha çox Tehrandan gələn açıqlamaları artıq tirajlayırlar.

Çünki anlayırlar ki, həqiqətən də İran tərəfi danışıqları aparmır. Donald Tramp isə bildirir ki, danışıqlar aparılır və proses çox uğurla gedir, artıq razılaşmaya yaxınlaşırlar. Hətta iddia edir ki, iranlılar onun İranın ali dini rəhbəri olmasını istəyirlər.

Bu fikirlər, hamısı siyasi aləmə bir növ məsxərə elementi gətirir. Digər tərəfdən isə Tramp çalışır ki, informasiyadan istifadə edən auditoriyanın diqqətini yayındırsın və onları müəyyən istiqamətə yönləndirsin".

Politoloq əlavə edib ki, eyni zamanda ABŞ-nin 82-ci desant qrupu artıq İran istiqamətinə yola salınıb və yaxın günlərdə Hörmüz boğazı ətrafına çatacağı gözlənilir:

"Beləliklə, bir tərəfdən ABŞ-nin bölgədə hərbi hazırlıqları gücləndirdiyi, texnika və xüsusi təyinatlı qüvvələr cəlb etdiyi müşahidə olunur. Digər tərəfdən isə ictimaiyyətə danışıqlarda ciddi irəliləyiş əldə olunduğu mesajı verilməyə çalışılır. Bunlar hamısı qeyri-ciddi bir yanaşmalardır. 

Məqsəd isə ondan ibarətdir ki, Vaşinqton düşdüyü ağır vəziyyətin mahiyyətini anlayır və çalışır ki, təcili şəkildə bu durumdan çıxış yolu tapsın. Bu, Donald Tramp üçün də olduqca mürəkkəb bir mərhələdir.

Bu il onun üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, iyulun 4-də ABŞ-nin 250 illiyi qeyd olunacaq və bu, böyük yubiley hadisəsidir. Tramp çalışacaq ki, həmin tarixə qədər bunu bir növ “qələbəyə bənzər nəticə” əldə etsin". 

Tofiq Abbasov vurğulayıb ki, lakin bu, kifayət qədər çətindir:

"ABŞ və İsrailin gözləntilərinin heç biri tam reallaşmadı. Bir tərəfdən İranın parçalanacağı ehtimal olunurdu, digər tərəfdən isə əksinə, İran cəmiyyəti daha sıx birləşdi.

Nəticədə İran öz hərbi potensialını gücləndirməyə davam edir, cəbhəxanalarını tez-tez dəyişir, yeniləyir və doldurur. Çünki İranın yeraltı hərbi zavodları var və burada pilotsuz uçuş aparatları, eləcə də raketlər istehsal olunur.

Faktiki olaraq belə görünür ki, Tramp müəyyən mənada bu məsxərəni, konediyanı bilərəkdən qurur. Məqsəd həm ABŞ daxilində artan benzin qiymətləri və iqtisadi təzyiqlər fonunda ictimaiyyətə ümid vermək, həm də “proseslər nəzarət altındadır” mesajını çatdırmaqdır.

Yəni cəmiyyətə göstərmək istəyir ki, hər şey plan üzrə gedir. Digər tərəfdən isə sürpriz hazırlayır. Yaxın günlərdə, şənbə və ya bazar günü, hətta cümə günü hansısa hərbi əməliyyatların baş verməsi və ABŞ ilə müttəfiqlərinin aktiv fazaya keçməsi ehtimalı da səsləndirilir".

O qeyd edib ki, Xark adasının ələ keçirilməsi real görünmür:

"Çünki bu, həm coğrafi, həm də hərbi baxımdan son dərəcə çətin bir əməliyyatdır. Oraya çatmaq üçün Hörmüz boğazından keçmək lazımdır. Bu isə İranın raket və hava hücumundan müdafiə sistemlərinin birbaşa nəzarəti altındadır.

Desant təyyarələrinin oraya enməsi demək olar ki, mümkün deyil, çünki dərhal hədəfə çevriləcəklər. Dəniz yolu ilə əməliyyat isə daha mürəkkəb və risklidir.

Ümumilikdə, qarşıya qoyulan məqsədlər və hədəflər olduqca ağırdır və onlara nail olmaq asan deyil. Eyni zamanda Trampın Çinə planlaşdırılan səfəri də təxirə salınıb.

Onun bu səfəri təxminən mayın 15-nə planlaşdırdığı bildirilir. Görünən odur ki, o, həmin tarixə qədər İranla bağlı müəyyən nəticə əldə etmək istəyir ki, Çinə alnıaçıq tərzdə getsin və ABŞ-nin 250 illik yubileyinə hazırlıqları uğurla yekunlaşdırsın".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: İran Tofiq Abbasov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Mart 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri