Icma.az
close
up
RU
Tofiq Bayram haqqında danışılarkən... Tofiq Bayram 90

Tofiq Bayram haqqında danışılarkən... Tofiq Bayram 90

Icma.az, Turkstan.az saytına istinadən bildirir.


Rövşən Yerfi

(ədəbi esse)

Söz vaxtına çəkər. 1988-ci ilin payız-qış ayları idi. Bakıda Dağlıq Qarabağ separatçılarının başıpozuq hərəkətlərinə qarşı mitinqlər dalğası başlanmışdı. Etirazını mitinqlərlə ifadə etməyə çalışan xalq kütlələri meydanlardan çəkilmək bilmirdi. Belə günlərdə xalqın sevilib seçilən ziyalıları da xalqla birlikdə idilər. Onlar mitinqlərdə iştirakı və çıxışları ilə xalqın daha da əzmini, iradəsini artırırdılar. Hər kəsin xatirində qalan bu sayaq ziyalılardan biri də sevimli şairimiz Tofiq Bayram idi. Tofiq Bayramın yüz səsin içindən seçilən, özünəməxsus qalın səsi vardı. O, nitqi zamanı mütləq vətənlə, torpaqla bağlı şeirlərindən birini öz ahəng və tərzində, xüsusi intonasiya, pafosla oxuyardı. İnsanlarda belə təsəvvür yaranardı ki, əsl şair şeirini məhz belə oxumalıdır. Ürəkdən, cani-dildən, coşa-coşa, sel kimi kükrəyə-kükrəyə... Yorulmazdı şeirlərini oxumaqdan. “Daha bunu tribunadan düşürə bilmərik”, - gülümsəyirdilər şair dostları...

Çıxışlarındakı od-alov səbəbsiz deyildi, vətənə olan aşıb-daşan sonsuz məhəbbətindən yaranırdı. O günlərdə şairin “Qarabağı vermərəm” şeiri meydanlardakı kütlələrin ən çox sevdiyi şeirlərdən idi:

Mən heç zaman dönmərəm

Fikrimdən, niyyətimdən.

Lazım gəlsə gözümün

Qarasını verərəm,

Qarabağı vermərəm...

Bakıda doğulan Tofiq Bayram Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirdikdən sonra “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləmişdir.

Şairin “Çiçək” adlı ilk şeiri 1953-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. “Ana təbəssümü” adlanan ilk kitabı isə 1961-ci ildə çap edilib. “Şairin şikayəti” mənzum pyesi, “Təbrik çiçəkləri” və “Yaralı nəğmə” poemaları iri həcmli əsərləri arasında ən uğurluları sayılır. Şeir və poemalar yazmaqla yanaşı uzun illər tərcümə işi ilə də məşğul olmuş, bir çox görkəmli yazıçıların, o cümlədən Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini də tərcümə etmişdir. A.T.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə isə 1988-ci ildə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür.

Tofiq Bayramın şeirlərinin əsas mövzusu insan və xalq sevgisidir. Əsərlərində güclü lirizm və romantika üstünlük təşkil edir. Şairin onlarla şeirini Azərbaycan poeziyasının parlaq nümunələri hesab etmək olar. “Qadın ürəyi” adlı şeiri də bu qəbildəndir:

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır, qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi!

O, dövrünün tanınmış sevgi şairlərindən biri olmuşdur. Onun “Görüş” şeiri də dillər əzbəri olan şeirlərdəndir:

Biz ki unutmusduq ilk məhəbbəti,

Ah, bu qəfil görus kas olmayaydı!

Mənim gozlərimdə esqin həsrəti,

Sənin gözlərində yas olmayaydı!

Digər bir şeiri – “Ay gecikən məhəbbətim” bu gün də gənclər arasında sevilən, dəyərini saxlayan şeirdir:

Bir xəstəyəm, əlacım sən,

Bir koram, əl agacım sən,

dilənciyəm əl acım, sən, -

Sən ol mənim son qismətim,

Ay gecikən məhəbbətim!

Tofiq Bayram haqqında danışılarkən onun həm də böyük vətənpərvər, millətçi şair olduğu qeyd edilir. Şairin bu misraları mənim də məktəb illərində yazdığım onlarla inşanın bəzəyi idi:

Qalxıb Şahdağına söz istəyirəm,

Çatsın hay- harayım dinləyənlərə.

Mən nankor deyirəm, nacins deyirəm

Öz ana dilini bilməyənlərə!

Sağlığında müəllifi olduğu on iki kitabı və dörd tərcümə kitabı çap olunub. Xalqının sevgisindən qeyri heç bir vəzifəyə, mənsəbə iddiası olmayan şairin ədəbiyyat sahəsindəki gərgin əməyi 1984-ci ildə qiymətləndirilərək ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.

Ölkəsinin azad, firavan yaşamasını arzulayan şairə təəssüf ki, onun müstəqilliyini görmək qismət olmadı. Əlli altı il, dörd ay ömür sürən, 1991-ci ilin aprel ayında zamanının təbədüllatlarına ürəyi davam gətirməyən Tofiq Bayram əbədiyyətə qovuşdu...

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri