Tokayev HİDDƏTLƏNDİ: “Sərt tədbir görəcəyik” KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönələn istənilən cəhdlərə qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı alimlərin mükafatlandırılması mərasimində çıxış edib. O, bildirib ki, cəmiyyət sosial və mənəvi normalarla bağlı “destruktiv yanaşmalara”, eləcə də ənənəvi dəyərlərə zidd olan və daxili birliyi sarsıdan ideyalara uymamalıdır.
Tokayev vurğulayıb ki, sosial və ya millətlərarası nifaq yaratmağa yönələn bütün addımlar qanun çərçivəsində qəti şəkildə qarşısı alınacaq. Prezidentin mətbuat xidmətindən bildirilib ki, bu cür təhdidlər ölkədə sabitlik və ictimai həmrəylik üçün ciddi risk kimi qiymətləndirilir.
Bununla yanaşı, dövlət başçısı avqust ayında keçiriləcək parlament seçkilərini Qazaxıstanın siyasi sistemində genişmiqyaslı “yenidənqurma” prosesinin başlanğıcı kimi dəyərləndirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Aprel 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















