Tokayev İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etdi
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
Azərbaycan Türk dünyasında söz sahibidir.
Sitat.info xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
Tokayev qeyd edib ki, Azərbaycan qardaş xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verir:
"Buna görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”.
Qazaxıstan lideri qeyd edib ki, yaxın illərdə Türküstan şəhərində Türk Sivilizasiyası Mərkəzi inşa olunacaq:
“Bu günlərdə qardaş dövlətlərin rəhbərləri ilə birlikdə həmin unikal mərkəzin təməlqoyma mərasimində iştirak etdik. İnanıram ki, bu təşəbbüs qardaş xalqların tarixi və mədəni irsinin qorunması və möhkəmləndirilməsinə yeni təkan verəcək”, – Tokayev vurğulayıb./APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 29 İyun 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















