Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

İnsan sağlamliğina verilən dəyər

Marionet Köçəryanın son çırpınışları

Marionet Köçəryanın son çırpınışları

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanın ikinci prezidenti Robert Köçəryan yenidən fəallaşıb. Bir neçə gün əvvəl onun yerli media orqanlarına müsahibəsi zamanı Ermənistan-Rusiya münasibətləri, Avropa İttifaqı, Azərbaycanla sülh sazişinə dair səsləndirdiyi fikirlər də bunu göstərir.

Təlimatın Rusiyadan gəldiyi şübhə doğurmur.

Köçəryanın müsahibəsinin mahiyyətini məhz Rusiyanın Ermənistan üçün yeganə xilaskar olması təşkil edir. Rusiya ilə strateji münasibətlərin bərpa edilməsinin vacibliyini önə çəkən Köçəryan bildirib ki, İran amilini də bura daxil etmək lazımdır. Belə ki, Ermənistan-Rusiya münasibətlərinə İran komponenti əlavə olunmalı, üçtərəfli formata çevrilməlidir. Onun sözlərinə görə, Rusiyanı təcrid etməyə çalışanlar özlərini təcrid edirlər. Köçəryan İrəvanın Aİ ilə yaxınlaşmasını da sərt tənqid edib. Bildirib ki, Avropa Ermənistanın təhlükəsizlik məsələsini həll edə bilməz, bunu düşünmək sadəcə sadəlövhlükdür. Onun sözlərinə görə, Avropanın məqsədi Rusiyaya zərər verməkdir və bu siyasət başqasının əlində alətə çevrilməkdədir.

Yada salaq ki, Köçəryan iki illik sükutdan sonra bu ilin fevralında mətbuat konfransı keçirərək bir sıra sərsəm açıqlamalar verərək, ATƏT-in Minsk qrupunu müdafiə edib, Paşinyanı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığına görə ittiham edib. Köçəryanın aylar sonra yenidən "dirilməsi", siyasi səhnəyə çıxması onu göstərir ki, birincisi, vurğuladığımız kimi,  Moskvanın təlimatını icra edir, ölkəsinə müstəqil dövlət kimi deyil, Rusiyanın bir əyaləti olaraq baxır. Eyni zamanda, gələn il keçiriləcək seçkilərdə Rusiyanın dəstəyi ilə yenidən hakimiyyətə gələcəyinə ümid edir. Son vaxtlar Ermənistanda Rusiyanın 5-ci kolonu olan qüvvələrin fəallaşması da bundan irəli gəlir.

Yeri gəlmişkən, Moskva Ermənistan üzrə kurator təyin edib. Bu vəzifəni Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, keçmiş Baş nazir Sergey Kiriyenko icra edəcək. Qeyd edilən təyinat da Kremlin Ermənistana sırf forpost kimi baxışını, onu müstəqil dövlət hesab etmədiyini nümayiş etdirir. Əks halda, bir ölkə digəri üzrə niyə kurator təyin etsin?!

Köçəryan cinayətkar xunta rejiminə rəhbərlik etmiş şəxsdir. 1998-ci ildə ilk dəfə qanunsuz yolla prezidentlik kürsüsünə sahiblənən Köçəryan, 27 oktyabr 1999-cu il tarixində parlamentdə və hökumətdə özünə qarşı olan müxalifəti sıradan çıxarmaq məqsədi ilə Ermənistan parlamentinə silahlı hücum təşkil edib. Həmin hücum nəticəsində Baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, onun müavinləri, fövqəladə hallar naziri, deputatlar öldürülüb, azı 30 nəfər yaralanıb. Köçəryan 2008-ci ildə də öz xalqına atəş açmaq əmri verdi. Həmin il fevralın 19-da keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edən insanlar aksiyalara başladılar. Aksiyaçılar İrəvanda Azadlıq meydanında 10 gün gecə-gündüz mitinq keçirdilər. Həmin il martın 1-də etirazçılarla hərbi-polis qüvvələri arasında baş verən qarşıdurma nəticəsində 10 nəfər ölüb, 200 nümayişçi xəsarət alıb.

Ermənistanın separatçı hərəkatının əsas fiqurlarından olan Köçəryan Azərbaycan xalqına qarşı amansız cinayətlər törədib, vaxtilə Qarabağda məhz SSRİ DTK-nın xətti ilə başlayan separatçı hərəkatına DTK agenti kimi Köçəryan başçılıq edib. Onun Qarabağda fəaliyyətinin məqsədi azərbaycanlılara qarşı geniş nifrətin, azərbaycanofobiyanın yayılması olub. "Krunk" təşkilatın üzvü olaraq  o, Qarabağda ermənilər arasında etnik nifrəti təbliğ edib və faktiki münaqişənin başlamasının əsas səbəbkarlarından olub. Köçəryan 1990-cı illərin əvvəlində Xocalı, Kəlbəcər, Laçın, Füzuli və Azərbaycanın digər bölgələrində etnik təmizləmə həyata keçirib. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib. Əli öz xalqının da qanına batan bir cani indi yenidən hakimiyyət arzusundadır. Köçəryan hesab edir ki, onun aktiv fəaliyyəti ilə Rusiya regionda  2020-ci ildən sonra yaranmış yeni status-kvonu dəyişəcək. Lakin bu, sadəcə illüziyadır, mümkünsüzdür. Köçəryan kimilər hətta öz ağalarının dəstəyi ilə Azərbaycan dövlətinin yaratdığı reallıqları heç bir halda dəyişə bilməzlər. Siyasi səhnədə olmağı arzulayan marionet Köçəryanın bir siyasi perspektivi var. O da Bakıda ədalət mühakiməsi qarşısında cavab vermək və cinayətlərinə görə layiq olduğu cəzasını almaqdır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı "525"ə deyib ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın yenidən fəallaşması əslində bu ölkədə radikalların yenidən aktivləşməsi ilə bağlıdır: "Hər kəsə aydındır ki, Köçəryanın yenidən siyasətə qayıtması yalnız Rusiyanın dəstəyi ilə mümkündür. Amma mənə elə gəlir ki, Rusiya bu cür kartları nadir hallarda yenidən istifadə edir. Rusiya onu da bilir ki, Köçəryanın təkrar siyasətə qayıtması birbaşa Azərbaycanla Rusiya arasında münasibətlərə mənfi təsir göstərə bilər. Ona görə də düşünmürəm ki, Rusiya hazırda Köçəryana ciddi siyasi fiqur kimi baxsın".

Onun sözlərinə görə, sadəcə olaraq Köçəryan radikalları yenidən təşkilatlandıraraq Rusiyanın sərəncamında olan başqa bir radikal üçün elektorat hazırlamaq işi ilə məşğul ola bilər: "Yəni onun hazırkı mərhələdə funksiyası yalnız bundan ibarət ola bilər. Ona görə də Köçəryan əslində özünün sonuncu müsahibəsində də bununla məşğuldur və sadəcə Rusiyanı xilaskar kimi göstərməklə Rusiyanın Ermənistanda nüfuzunun bərpa olunmasına xidmət edir. Bu kontekst bütün günahların Baş nazir Paşinyanda axtarılmasını önə çıxarır. Yəni ictimai rəyə Paşinyanı hədəf kimi göstərir. Ancaq Paşinyan artıq 2018-ci ildəki Paşinyan deyil, o, müəyyən siyasi təcrübə qazanıb və öz hakimiyyətini ən kritik məqamlarda müdafiə etməyi bacardığını göstərib. 2020-ci ildə 44 günlük müharibədə Ermənistanın ağır məğlubiyyətindən sonra 2021-ci ildə Paşinyan yenidən Baş nazir seçildi. Ona görə də indiki mərhələdə Paşinyan o dəqiqə gözardı ediləcək və siyasətdən dərhal silinəcək fiqur kimi görünmür. Mənə elə gəlir ki, Rusiya da bunu başa düşür və ona görə də xüsusi kurator təyin etməklə ilk növbədə Ermənistanın hələ də onun forpostu olduğunu diqqətə çatdırmağa çalışır. İkincisi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 21 mayda Ermənistana başlayacaq səfərində də Paşinyanla mümkün ortaq dil tapmaq cəhdləri olacaqdır. Əgər Lavrov Paşinyanla ortaq dil, təmas xətləri tapa bilərsə, o zaman əlbəttə ki, biz Köçəryanın da ritorikasında geriçəkilmələri müşahidə edəcəyik".

Deputat əlavə edib ki, Köçəryanın yenidən baş qaldırması və yaxud baş qaldırmaması o qədər də əhəmiyyətli deyil. Çünki Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanda aktiv və passiv revanşistlər var. Yəni passiv revanşistlər Paşinyan və onun komandasıdır, aktiv revanşistlər isə elə Köçəryan, Qarabağ klanı, Daşnaksütyun və digərləridir: "Düşünürəm ki, bu, çox strateji təsbitdir. İstənilən vaxt Paşinyan Köçəryana çevrilə bilər və istənilən vaxt, başına dəmir yumruq dəyən kimi, Köçəryan da Paşinyana çevrilə bilər. Erməniliyin mahiyyəti bundan ibarətdir. Ona görə də bizim üçün o qədər də fərqi yoxdur, hansı revanşist aktiv, hansı passiv fazadadır. Nəticə etibarilə Azərbaycana onların münasibətləri eyni olacaqdır. Bizim üçün lazım olan Azərbaycanın güclü olmasıdır ki, aktiv revanşistləri, radikalları dəmir yumruqla əzərək passiv və yaxud neytral radikallara çevirsin".

Politoloq İlyas Hüseynov "525"ə deyib ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan Rusiya ilə olan əlaqələrini, bağlantılarını gizlətmək istəmir, əksinə, daha qabarıq şəkildə Rusiyaya meyilli olduğunu sübuta yetirir: "Hazırkı hakimiyyətin tənqidi prizmasından çıxışları ilə yanaşı, birbaşa olaraq yeganə çıxış yolunun, təhlükəsizlik təminatçısının Rusiyanın olmasına dair işarələr də özünü göstərməkdədir. Heç kimə sirr deyil ki, Köçəryan uzun illər ərzində taladığı vəsaitlə Rusiyada özünə biznes formalaşdırıb. O, bir tərəfdən Rusiyada öz biznes maraqlarını təmin etmək, digər tərəfdən Rusiyanın əli ilə Nikol Paşinyanı devirərək hakimiyyətə gəlmək maraqlarını da gizlətmir. Çox hiyləgər, eləcə də hakimiyyət düşkünü olan Robert Köçəryan müxtəlif vasitələrlə öz məqsədlərinə çatmaqda maraqlıdır. Bir müddət öncə müxtəlif koalisiyalar, bloklar yaradaraq keçmiş Qarabağ klanının üzvlərini və Daşnaksütyun partiyasını yanına toplayaraq Paşinyan əleyhinə fəaliyyəti icra edirdisə, bu gün sanki meydanda tək qalıb, müxtəlif yollarla öz təhlükəsizliyini təmin etməyə çalışır".

Politoloq söyləyib ki, Bakıdakı "Nürnberq prosesi" (Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi - red.) həm də Robert Köçəryan, Serj Sarkisyan və əli azərbaycanlıların qanına batmış digərlərinin də məsuliyyətini formalaşdırır: "Hesab edirəm ki, çox yaxın gələcəkdə Azərbaycana qarşı törədilmiş hər bir cinayətə görə Köçəryan və ona bənzər şəxslər cavab verəcəklər və o gün uzaqda deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 21 May 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see402

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see317

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see242

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see239

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see238

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see235

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see234

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see233

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see226

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see225

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see215

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see215

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see208

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see205

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see193

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see192

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see185

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see175

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see166

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri