Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib.
Bu barədə "Akorde" nəşri məlumat verib.
Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamlar imzalayıb:
Kanış Abubakirov Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilib, Almaz Cumakeyev müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılıb. Kanat Niyazbekov isə Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib".
Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində təlimlər zamanı 17 hərbçini su aparıb. Onlardan üçü xilas edilib, 14-ü həlak olub.
Bundan əvvəl bloqerlərdən biri Xəzər dənizindəki faciədən sonra yaralı hərbçinin videosunu yayımlayıb.
Qazaxıstan Baş Prokurorluğunun daha əvvəl bildirdiyinə görə, onların ölümündə şübhəli bilinənlər artıq müəyyən ediliblər. Hadisə ilə əlaqədar 25 sentyabr ölkədə Ümumxalq Matəm Günü elan edilib.
//Oxu.az
Baxış sayı:118
Bu xəbər 03 Oktyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















