Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 sentyabr, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioya yaxınlaşan güclü “Dujuan” qasırğası səbəbindən Haneda və Narita hava limanlarında ən azı 461 aviareys ləğv edilib.
AZƏRTAC xəbər verir ki, Haneda hava limanında 280-dən çox daxili və 60-a yaxın beynəlxalq uçuş, Naritada isə əsasən beynəlxalq olmaqla 100-dən çox reys təxirə salınıb.
Qasırğanın bazar ertəsi günortadan sonra İzu yarımadasına, daha sonra isə Tokio ərazisinə yaxınlaşacağı gözlənilir. Sinoptiklər güclü yağış, daşqın və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq ediblər.
Bəzi ərazilərdə son iki gündə 410 millimetrdən çox yağıntı düşüb.
Baxış sayı:150
Bu xəbər 21 Sentyabr 2026 07:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















