Icma.az
close
up
RU
Toksinləri aşkar edən ağıllı plastır

Toksinləri aşkar edən ağıllı plastır

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təhlükə zamanı dəridə vibrasiya yaradır

ABŞ-da alimlər insanı ətraf mühitdəki təhlükəli maddələr barədə xəbərdar edən yeni taxıla bilən sensor hazırlayıblar. Plastır toksin aşkar etdikdə telefona bildiriş göndərmək əvəzinə birbaşa dəridə vibrasiya yaradaraq istifadəçini xəbərdar edir.

Təhlükəni telefon yox, dəriniz xəbər verəcək

Şimali Karolina Dövlət Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış cihaz ölçüsünə görə sürücülük vəsiqəsindən bir qədər kiçikdir. Plastırın daxilində müxtəlif sensorlar, mikroprosessor, kiçik batareya və vibrasiya mexanizmi yerləşdirilib. Onun əsas üstünlüyü təhlükə barədə xəbərdarlığın dərhal hiss olunmasıdır: istifadəçinin telefonu yoxlamasına ehtiyac qalmır.
Cihaz altı növ ekoloji təhlükəni izləyə bilir. Bunlara ağır metallar, havadakı hissəciklər, yüksək və aşağı temperatur, rütubət, uçucu üzvi birləşmələr və azot oksidi qazları daxildir. Sensorlardan biri təhlükəli maddəni müəyyən etdikdə plastır xüsusi vibrasiya ardıcıllığı yaradır. Müxtəlif təhlükələr üçün fərqli vibrasiya kodlarından istifadə edildiyi üçün insan hansı risklə qarşılaşdığını toxunma vasitəsilə ayırd edə bilir. 

Günəş enerjisi ilə işləyə bilir

Tədqiqatçılar cihazın üzərinə nazik fotovoltaik elementlər də yerləşdiriblər. Bu elementlər istifadəçi plastırı taxdığı zaman günəş işığından enerji toplayaraq batareyanın işləmə müddətini uzadır. Sınaqlarda cihazın təxminən 24 saat işləyə bildiyi bildirilib.
Texnologiyanın daha bir maraqlı tətbiqi robotlarla bağlıdır. Alimlər plastırın prinsipindən istifadə edərək “e-skin” adlandırdıqları elektron dəri hazırlayıblar. Bu sistemlə təchiz edilmiş dördayaqlı robotlar təhlükəli maddələri müəyyən edib marşrutlarını dəyişərək həmin ərazidən uzaqlaşa biliblər.

Mənbə: “Device” jurnalı

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 20 Avqust 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri