Toni Kroos: “Pedri Lamin Yamal və Robert Levandovskidən daha vacib oyunçudur”
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya millisi və "Real Madrid"in sabiq futbolçusu Toni Kroos yerli mətbuata bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, veteran yarımmüdafiəçi "Barselona"da çıxış edən Pedrinin dəyərli bir oyunçu olduğunu vurğulayıb:
“Məncə, Pedri Lamin Yamal və Robert Levandovski kimi oyunçulardan daha vacibdir. Onlar matçların nəticələrinə təsir edə bilərlər, amma Pedri hazırda dünyada öz mövqeyində ən yaxşı oyunçudur. O, meydanda olmadıqda yoxluğunu hiss edəcəyiniz biridir. Təkcə qol vurub assist etmir, matçın gedişatını dəyişdirməyi bacarır. Çempionlar Liqasında hər oyunda qarşısında oynadığı rəqibdən daha yaxşı idi. Öz mövqeyində boşluq olmadığı halda topla hərəkət edərək rəqibi keçə bilən nadir yarımmüdafiəçilərdəndir. Onun kimi futbolçular meydançanın hər hissəsində sizə kömək edə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 May 2025 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















