Icma.az
close
up
RU
Topuqlu ayaqqabı ağrısını necə aradan qaldırmaq olar?

Topuqlu ayaqqabı ağrısını necə aradan qaldırmaq olar?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Topuqlu ayaqqabılar xüsusilə işləyən qadınların tez-tez üstünlük verdiyi və bir o qədər də şikayət etdiyi amillər arasında ilk sırada gəlir.

Qadınlar topuqlu ayaqqabıya alternativ olaraq isə baletlərə üstünlük verir. İstər topuqlu, istərsə də düz, ayağın anatomik quruluşuna uyğun gəlməyən ayaqqabılar başda ayaq sağlamlığı olmaqla hərəkət pozğunluqları yaradaraq bütün bədənin sağlamlığına təsir edir. Klinik pilates üzrə təlimatçı Ayça Kaşıkçı bu təsirlərdən qorunmaq üçün praktik tövsiyələr verib.

Hər iki ayaqqabı çeşidinin də risklərini ayrı-ayrılıqda dəyərləndirən Kaşıkçının fikrincə, topuqlu ayaqqabı ağırlıq mərkəzini önə doğru itələdiyi üçün başda bel və onurğa sütunu olmaqla diz və baldır əzələlərinə təsir edərək ciddi problemlərin və dayanma pozğunluqlarının yaranması riskini yaradır.

Balet ayaqqabılar isə bütün bədənin ağırlığını topuqlara sürüşdürdüyü üçün xüsusilə bilək oynaqlarında, topuqlarda və ayaqlardan yuxarıya doğru istiqamətdə ombalarda ağrıların yaranmasına, ayaq dabanının hamarlaşmasına, sümük çıxmasına və düzdabanlılıq kimi deformasiyalara səbəb ola bilər. Sağlam bir bədən duruşunun ayaqların yerə sağlam basılmasından keçdiyini vurğulayan Kaşıkçının qənaətincə, iş yaşamında və günlük yaşamda topuqlu ayaqqabılardan və ya baletlərdən vazkeçə bilmiriksə, ayaq və bilək məşqlərini  gözardı etməməliyik. Bunlar hansı məşqlərdir?..

Ayağınızı yerə sağlam basın

Ayaqüstdə, ayaqlarınız yerə möhkəm basılı vəziyyətdə topuqlarınızın üzərində irəli-geri yellənmək, 10 addım irəli, 10 addım geriyə doğru gəzmək, tək ayaq üzərində sağa-sola doğru tullanmaq əsas hərəkətlərin başında gəlir. Bununla yanaşı baldırları qüvvətləndirən bütün hərəkətlər də ayaq sağlamlığının qorunmasına yardımçı olur.

Ayaqlarınızı masaj etməyi gözardı etməyin

Ayaqları masaj etmək də gözardı edilməməlidir. Hər gün bir əlinizlə digər ayağınızın daban çuxuruna dairəvi hərəkətlərlə yüngül təzyiq göstərərək masaj etsəniz, həm ayaqlarınızı rahatlatmış, həm də ayaq sağlamlığınızı qorumuş olacaqsınız.

Ayaq biləklərinin də rahatlamağa ehtiyacı var

Ayaq biləklərini rahatladan və ön ayağı çalışdıran hərəkətlər də topuqlu ayaqqabıların yol açdığı narahatlıqlara qarşı əhəmiyyətlidir. Xüsusilə evdə son dərəcə asan bir şəkildə edilə biləcək hərəkətlər isə bunlardır:

- Düz bir zəmində ayaqlarınızı düz uzadaraq oturun. Kürəyinizi düz tutmağa çalışaraq ayaqlarınızı bilək hissədən yuxarı-aşağı 10 dəfə oynadın. Bunu edərkən ayaqlarınız yerdən yüngülcə qalxmış vəziyyətdə olsun. Biləklərinizi yuxarıya doğru qaldığınız zaman baldır əzələlərinizin, aşağıya doğru saldığınız zaman ön alt ayaqlarınızın (qaval sümüyü) əzələlərinizn çalışdığını hiss edin.

- Mövqeyi qoruyaraq elastik pilates bantını, dəsmalı və ya bir kəməri əvvəl sağ ardından sol ayağınızın dabanının altından keçirərək, ayağınızı yüngülcə yerdən qaldırın (3-5 sm) və özünüzə doğru çəkin, 20-30 saniyə bu mövqedə dayanıb buraxın.

- Eyni mövqedə ayaq barmaqlarınızı kiçik barmağınızdan başlayaraq baş barmağınıza doğru bir-bir açın, sanki bir topu ayaq barmaqlarınızla yaxalamğa çalışın. İlk başda barmaqlar bir-birindən çətin ayrılacaqlar, ancaq məşqləri öyrəndikcə qüvvətlənəcəklər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri