Icma.az
close
up
RU
Toqquşmaq nədir, mehribançılıqdır da... FELYETON

Toqquşmaq nədir, mehribançılıqdır da... FELYETON

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Deyirlər ki, xaricdə gediş sağ tərəflə, gəliş isə sol tərəflədir. Metroda, səkilərdə, yolda insanlar sağ ilə gedir, gələnlər isə solla gəlirlər. Maşınlar da yolda eynilə, gedənlər sağla, gələnlər sol tərəflə gəlir. Bunu eşidər-eşitməz, dərin bir fikrə getdim. Dedim, görəsən, bunu nə üçün belə edirlər?..

Bu xarici ölkələr də qəribədir ey... Hər yerdə bir hoqqa çıxarırlar. Necə yəni sağla get, solla gəl? Ay qardaş bu metrodur, səkidir, yol-rizdir, sənin atanın həyəti, evi deyil ey, insan istəyər solla gedər, istəyər sağla. Bilmirsiniz nə edəsiniz ki, özünüzü dünyaya fərqli təqdim edəsiniz.

Hələ bu yaxınlarda beynəlxalq təşkilatlardan birinin dəstəyi ilə iş üçün Almaniyadan Bakıya bir qadın gəlmişdi. Buraları çox xoşlamışdı. Bir Bakı deyirdi, ağzından beşi də tökülürdü: Bakı necə gözəldir, necə cəlbedicidir, adam baxmaqla doymur. Bu qədər gözəllikmi olar? Bu qədər füsunkarlıqmı olar?

Ancaq bu xanım onu da deyirmiş ki, burada hər şeydən razıyam. Lakin bircə ondan qorxuram ki, küçədə kiminləsə toqquşaram. Zərbə alaram, yıxılaram, ayağım, qolum sınar. Bu səbəbdən də küçədə çox ehtiyatlı olmağa çalışıram.

Elə bu söhbəti eşidər-eşitməz, başladım deyinməyə: bunlara bax, bizim küçələri bəyənməməyə bax. Adam niyə küçədə, səkidə yıxılır ki? Yoldur da, hamı kütləvi şəkildə keçib-gedir. Tələsərkən ən son halda bir-birinə möhkəm çırpılıb toqquşacaqsan da, bundan başqa nə olandır ki? Toqquşanda nə olar ki, hamımız insanıq da. Meşədə ayı ilə, canavarla toqquşmursan ki, insanla toqquşursan da...

Hələ toqquşmamaqdan ötrü bir də durub sağ ilə getməli, sol ilə gəlməlisən? Biz, vallah, xarici-filanı bilmirəm, qaynayıb-qarışmışıq. Hər yerdə bir gedib, bir gəlirik. Həm insanlar, həm də maşınlar.

Qoy bundan qorxan varsa, gedib öz ölkəsində işləsin, yaşasın. Bizdə belədir, həm də bunu əsla dəyişmək fikrimiz də yoxdur. Bunun nəyi pisdir ki? Ha istəyirik ki, mehriban olaq, bir qənbərqulu çıxır da.

Elə bu alman qızın dediyi sözləri düşünə-düşünə metroya gedirdim. Həm də açığını deyim, xeyli əsəbləşmişdim. Nə isə, getdim, eskalatordan enirdim ki, bir səs özümlə söhbətimdən məni ayırdı. Qulaq verirəm, metronun məlumat bürosundan elan edilir ki, gedərkən sağ tərəflə gedin, sol tərəfi keçid üçün boş saxlayın. Deyirəm, boo, birinci dəfədir, bu barədə eşidirəm metroda. Yoxsa tapşırıblar ki, siz də xaricdəki kimi edin. Başımıza xeyir, bu sağ və sol məsələsində də Avropaya inteqrasiya edirik?

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri