Icma.az
close
up
RU
Tornedalinqlər İsveçdə yerli xalq kimi tanınmağa çalışırlar

Tornedalinqlər İsveçdə yerli xalq kimi tanınmağa çalışırlar

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Stokholm, 19 aprel, Narqiz Cəfərli, AZƏRTAC

İsveçin milli azlıq nümayəndələri olan tornedalinqlər saamlara bərabər şəkildə yerli xalq statusu almaq niyyətində olduqlarını bildiriblər. Bu barədə onilliklər ərzində kvyenlərin, lantalayzetlərin və tornedalinqlərin hüquqları uğrunda mübarizədə iştirak edən bir ailədən olan STR-T İsveç Tornedalinqləri İttifaqının sədri Yeva Kvist məlumat verib.

AZƏRTAC xəbər verir ki, bu xalqın tarixi və mədəniyyəti əsrlər boyu susdurulub. Luleo Texnologiya Universitetinin tarixçiləri qeyd edirlər ki, elmi tədqiqatlarda İsveçin, Norveçin və Finlandiyanın şimal hissələrinə yayılan Laplandiya yalnız saamların yaşadığı ərazi kimi təqdim olunub. Findilli qrupların mövcudluğu isə nəzərə alınmayıb. Ocaq yerləri, yaşayış məskənləri və maralçılıq izləri kimi arxeoloji tapıntılar da yalnız saamlara aid edilib.

2021-ci ildə İsveç hökuməti tornedalinqlərə, kvyenlərə və lantalayzetlərə qarşı ayrı-seçkilik və assimilyasiya siyasətini araşdırmaq üçün Həqiqət və Barışıq Komissiyası yaratdı. 2023-cü ilin noyabrında ictimaiyyətə təqdim olunan yekun hesabatda zorla isveçləşdirmə prosesləri, o cümlədən meyankieli dilindən istifadənin qadağan olunması, kəllə sümüklərinin irqi ölçmələri, uşaqların internatlarda zorakılıqla izolyasiya olunmaları və onlara qarşı amansız rəftar ətraflı şəkildə təsvir olunub.

“Dövlət bizi ikinci dərəcəli insanlar hesab edirdi. Niyə bizə qarşı belə münasibət sərgilənib?”, – deyə Yeva Kvist sual edir.

Azlıq nümayəndələri hakimiyyəti onları rəsmi şəkildə yerli xalq kimi tanımaq imkanını nəzərdən keçirməyə çağırır. O cümlədən torpaqların tarixi mənsubiyyətinin, mədəni və dil fərqlərinin tanınması tələb olunur. Bəzi İsveç partiyaları müvafiq araşdırmaya başlamaq ideyasını dəstəkləyib, lakin yekun qərar hökumətə məxsusdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 07:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri