Icma.az
close
up
RU
Torpaq islahatı gündəmdə: Konsolidasiya nə dərəcədə realdır? (ŞƏRH)

Torpaq islahatı gündəmdə: Konsolidasiya nə dərəcədə realdır? (ŞƏRH)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin deputatı Siyavuş Novruzovun "Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi bazanın yaradılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub.

Deputat torpaqların birləşdirilməsinin tərəfdarı olduğunu bildirərək qeyd edib ki, bunun ərzaq bolluğunun və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyini düşünür: "Hesab edirik ki, bununla da ərzaq bolluğuna, ərzaq təhlükəsizliyinə nail olacağıq". 

Siyavuş Novruzov kiçik torpaq sahələrinin səmərəli şəkildə əkilib-becərilməsinin çətin olduğunu əsas gətirərək onların konsolidasiyasını zəruri hesab edib. 


İqtisadçı-ekspert Akif Nəsirli isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, torpaqların birləşdirilməsi ideyası nəzəri baxımdan kənd təsərrüfatında məhsuldarlığın artmasına, texnikadan istifadənin asanlaşmasına və istehsal xərclərinin azalmasına şərait yarada bilər:

"Ancaq bunun praktikada nə dərəcədə uğurlu olacağı bir sıra amillərdən asılıdır. Torpaq sahibləri yalnız bunun onlar üçün iqtisadi baxımdan sərfəli olduğuna əmin olduqları halda torpaqlarını birləşdirməyə maraq göstərə bilərlər. Əgər proses könüllülük prinsipi əsasında həyata keçirilərsə, mülkiyyət hüquqları tam qorunarsa, şəffaf mexanizmlər tətbiq olunarsa və dövlət dəstəyi göstərilərsə, müəyyən sayda fermer bu addımı ata bilər. Əks halda, insanların öz torpaqlarını birləşdirməyə  ehtiyatla yanaşacağı gözləniləndir".


Akif Nəsirli vurğulayıb  ki, bu mərhələdə "bundan sonra kim torpağını birləşdirəcək?" sualına qəti cavab vermək mümkün deyil:

"Bu, qəbul ediləcək qanunun məzmunundan, onun tətbiq mexanizmlərindən və fermerlərin bu prosesdən real fayda əldə edəcəklərinə inanıb-inanmamalarından asılı olacaq". 

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyul 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri