Icma.az
close
up
RU
Azərbaycanda onlayn pullara keçid iqtisadiyyat üçün nə dərəcədə realdır ? ŞƏRH EDİLDİ

Azərbaycanda onlayn pullara keçid iqtisadiyyat üçün nə dərəcədə realdır ? ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Kağız əskinaslardan tədricən imtina edib onlayn və rəqəmsal ödəniş vasitələrinə keçid qlobal iqtisadi transformasiyanın təbii mərhələsidir. Skandinaviya ölkələri, Cənubi Koreya, Çin və bir sıra Avropa dövlətlərinin təcrübəsi göstərir ki, nağdsız iqtisadiyyat şəffaflığın artmasına, kölgə iqtisadiyyatının həcminin azalmasına və dövlətin fiskal nəzarət imkanlarının genişlənməsinə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, Azərbaycan reallığına tətbiq edildikdə isə bu prosesin uğuru bir neçə əsas şərtdən asılıdır: "İlk növbədə, ölkədə son illər rəqəmsal bankçılıq, mobil ödənişlər və elektron xidmətlər sahəsində ciddi irəliləyişlər müşahidə olunur. Onlayn bank tətbiqlərinin geniş yayılması, POS-terminalların artması və dövlət xidmətlərinin elektronlaşması nağdsız ödənişlər üçün mühüm infrastruktur bazası formalaşdırıb. Bu baxımdan, texniki və institusional zəmin mövcuddur. Kağız pulların tam və ya qismən dövriyyədən çıxarılması təkcə texnoloji məsələ deyil, həm də sosial-psixoloji məsələdir. Əhalinin müəyyən hissəsi, xüsusən regionlarda və yaşlı nəsil arasında nağd pula etibar daha yüksəkdir. Maliyyə savadlılığının səviyyəsi, rəqəmsal alətlərə inam və məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar bu keçidin sürətini məhdudlaşdıra bilər. Onlayn pulların geniş tətbiqi müsbət iqtisadi effektlərlə yanaşı, risklər də yaradır. Kiber təhlükəsizlik, şəxsi məlumatların qorunması, texniki nasazlıqlar və sistemdən kənarda qalma riski dövlət tərəfindən ciddi tənzimləmə və nəzarət mexanizmləri tələb edir. Xüsusilə bank sisteminə çıxışı olmayan və ya zəif olan sosial qrupların maraqları nəzərə alınmalıdır ki, maliyyə inklüzivliyi zədələnməsin. Azərbaycanda kağız əskinasların yerini onlayn pulların tutması perspektiv baxımdan mümkündür və müəyyən sahələrdə artıq uğurla tətbiq olunur. Lakin bu proses kəskin və məcburi deyil, mərhələli, maarifləndirici və sosial həssas yanaşma ilə aparılmalıdır. Yalnız bu halda nağdsız iqtisadiyyata keçid həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün dayanıqlı və faydalı nəticələr verə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri