Icma.az
close
up
RU
SSRİni bərpa etmək çağırışları nə dərəcədə realdır? (ŞƏRH)

SSRİni bərpa etmək çağırışları nə dərəcədə realdır? (ŞƏRH)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada zaman-zaman ayrı-ayrı ziyalılar, ekspertlər, rəsmilər Sovet imperiyasının bərpa ediləcəyilə bağlı fikirlər səsləndirirlər. Son zamanlar isə bu sayaq fikirlər daha da intensivləşib. 

Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman bu günlərdə bəyan edib ki, SSRİ-nin bu və ya digər formada dirçəlişi qaçılmazdır. Hətta o, iddia edib ki, İttifaqın bərpası bu il baş verə bilər. 

"Bütün imperiyalar gec-tez dağılır. Bu, bir-birindən çox uzaqda yerləşən bölgələrin bir nəzarət altında birləşdiyi müstəmləkə imperiyalarına aiddir. Əsrlər boyu yan-yana yaşayan xalqlardan formalaşmış və qarşılıqlı faydalı fəaliyyət formatları axtarışında olan kontinental imperiyalar hələ də mövcuddur", deyə deputat bildirib. 

Vasserman qeyd edib ki, belə imperiyalar nədənsə parçalansalar da, kifayət qədər tez bərpa olunurlar. Onun fikrincə, Rusiya dəfələrlə dağılmış, sonra daha böyük və "daha yaxşı formada” yenidən qurulmuş kontinental imperiyanın klassik nümunəsidir. 

Deputatın fikrincə, Sovet İttifaqının dirçəlişi 2025-ci ildə və ya yaxın bir-iki ildə mümkündür: "SSRİ 2025-ci ildə bərpa olunacaq". 

Rusiyanın keçmiş SSRİ ərazisini yenidən öz qılıncının altına almaq istəyi heç də yeni deyil. Sovet imperiyası dağılan andan bu düşüncələr mövcud olub. Həmin neokolonial düşüncələr sadəcə olaraq, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başladığı dövrdən daha da artıb. Rusiyada artıq Putindən tutmuş rəsmilərin mütləq əksəriyyəti Sovet imperiyasının dağılmasının ədalətsiz və qanunsuz olduğunu vurğulayırlar. Bu da onu göstərir ki, Kreml sözün həqiqi mənasında SSRİ-nin bərpasına özünün yaxın vəzifələrindən biri kimi baxır. 

Bu addımlarına haqq qazandırmaq üçün də Vasserman kimi deputatlar vasitəsilə SSRİ-nin dirçəlişinin qaçılmaz olduğu düşüncəsini gündəmə atırlar. Həmin deputat həyasızcasına keçmiş müstəmləkə imperiyalarını bir-birindən uzaqda yerləşən ərazilərlə yanaşı, əsrlər boyu yan-yana yaşayan xalqlardan formalaşmış və qarşılıqlı faydalı fəaliyyət formatları axtarışında olan kontinental imperiyalara bölür. Bununla əslində o, digər müstəmləkə imperiyalarını qəbuledilməz hesab etsə də, Sovet imperiyasına haqq qazandırmaq niyyətini ortaya qoyur. Guya ki, vaxtilə kontinental imperiyalarda yaşamağa məhkum edilənlər yenidən həmin birliyin yaranmasında maraqlıdırlar. 

Dediyi kontinental imperiya qismində də Rusiyanı görür. Duma deputatı iddia edir ki, Rusiya dəfələrlə dağılmış, sonra daha böyük və "daha yaxşı formada" yenidən qurulmuş kontinental imperiyanın klassik nümunəsidir. Amma unudur ki, Rusiya imperiyası parçalandıqdan sonra heç də könüllü şəkildə deyil, SSRİ-nin timsalında məhz silah gücünə, başqa xalqları istismar etmək gücünə yenidən bərpa edilib. Digər tərəfdən, Osmanlı imperiyası, Çingiz xanın yaratdığı monqol imperiyası da deputatın dediyi kontinental imperiyalardan olub. Amma artıq çoxdan bu imperiyalar yoxa çıxıb. Yəni kontinental imperiyaların deputatın vurğuladığı kimi, yenidən bərpa olunamq şansları əslində sıfıra bərabərdir. 

Müstəqilik əldə edən xalqlar buna qətiyyən razı deyillər. Həmin deputat bir qədər də irəli gedərək, sovet imperiyasının bu il, uzağı bir-iki ilə dirçələcəyini proqnozlaşdırır. Bununla da əslində o, Kremlin yaxın dövr üçün qarşıya qoyduğu planının üstünü açmış olur. Aydın məsələdir ki, Rusiya Ukrayna müharibəsindən qalib olaraq çıxacağı təqdirdə onun imperiya ambissiyaları daha da güclənəcək. Bu birmənalıdır. Yəni Moskva təkcə Ukrayna ilə kifayətlənmək niyyətində deyil. Bu kampaniyadan uğurla çıxacağı təqdirdə, iştahası artan Rusiya daha sürətli və zorakı şəkildə Sovet imperiyasının bərpasına start vermək eşqinə düşəcək. Vasserman açıqlaması da bunun ilk işartısıdır. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri