Icma.az
close
up
RU
Torpaqlarını işğaldan azad etmək Azərbaycanın qarşısıalınmaz hüququ idi

Torpaqlarını işğaldan azad etmək Azərbaycanın qarşısıalınmaz hüququ idi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dövlət başçısının bu barədə növbəti açıqlamasını dünyaya Almaniyanın “ARD” telekanalı yaymışdı

Uzun bir dövr davam edən ədalətsiz status-kvo, işğal və beynəlxalq hüququn pozulması fonunda xalqımız 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi ilə öz suverenliyini bərpa etmək, haqq səsini dünyaya çatdırmaq missiyasını yerinə yetirirdi. Bu mühüm prosesin siyasi, diplomatik və ideoloji cəbhəsində isə Prezident İlham Əliyev öz liderlik məktəbini, milli maraqlara söykənən qətiyyətini və beynəlxalq informasiya mübarizəsində misilsiz bacarığını nümayiş etdirirdi.

Dövlət başçısının 2020-ci il oktyabrın 28-də Almaniyanın “ARD” telekanalına verdiyi müsahibə də bu informasiya diplomatiyasının parlaq nümunələrindən biri idi. Bu çıxış döyüş meydanındakı uğurların izahı olmaqla bərabər, eyni zamanda, siyasi baxımdan Azərbaycanın haqq işinə verilən beynəlxalq qiymətin formalaşmasında həlledici mərhələ idi.

Azərbaycan lideri “ARD”nin jurnalisti ilə söhbətində bir daha bəyan etdi ki, Azərbaycan Ermənistanla mübarizəsini ərazi bütövlüyü uğrunda, beynəlxalq hüququn bərpası, ədalətin bərqərar olması məqsədilə aparır. Bu fikrin təsdiqi olaraq dövlət başçısı diqqəti BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin 27 il ərzində icra olunmayan qətnamələrə yönəltdi. Belə bir fakt, əslində, beynəlxalq sistemdəki ikili standartların açıq göstəricisi idi. Dövlət başçısı müsahibədə daha sonra Azərbaycanın bu qətnamələrin yerinə yetirilməsini hər zaman sülh yolu ilə istədiyini bildirdi. Lakin Ermənistanın destruktiv fəaliyyəti, təxribatları və işğal siyasətini möhkəmləndirməsi Vətən savaşını labüd etdi. Ölkəmizin belə bir mövqeyi – qəsbkarın işğalı genişləndirməsinə qarşı əks-hücuma başlanılması, əslində, ədalətin, dövlət məsuliyyətinin ifadəsi idi.

Müsahibədə jurnalistin savaşda İsrail və Türkiyə dronlarının rolu barədə sualına cavab verən ölkə rəhbəri İsrail istehsalı olan dronların Azərbaycanda uzun illərdir ki, istifadə edildiyini vurğuladı: “İsrail dronlarının bir hissəsi Ermənistanın təxribatına qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan dayandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar bizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var – bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər”.

Prezident İlham Əliyev jurnalistin “Azərbaycanın Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair “Amnesty International” və “Human Rights Watch” təşkilatlarından bəzi dəlillər var” ittiham xarakterli fikrini rədd edərək dedi: “Biz o silahlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var”.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi təkcə cəbhədə deyil, həm də beynəlxalq hüquq müstəvisində ədalət uğrunda aparılan savaş idi. Bu mübarizənin əsas istiqamətlərindən biri Ermənistanın müharibə qaydalarını və beynəlxalq humanitar hüququ kobud şəkildə pozması, dinc əhalini və yaşayış məntəqələrini məqsədyönlü şəkildə hədəfə alması faktlarının ifşası idi.

Prezident İlham Əliyev bu məsələni bütün beynəlxalq platformalarda prinsipial və ardıcıl şəkildə gündəmə gətirərək, Ermənistanın törətdiyi cinayətlərin hüquqi-siyasi qiymətini dəqiq ifadə edirdi. Azərbaycan lideri müsahibədə bununla bağlı faktlara əsaslanaraq, Ermənistanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərə raket zərbələri endirməsini, dinc əhalinin hədəfə almasını beynəlxalq hüquq çərçivəsində müharibə cinayəti kimi qiymətləndirirdi, bunu erməni faşizminin növbəti təzahürü adlandırırdı: “Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Bərdəyə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var”.

Azərbaycanın dövlət başçısı Vətən müharibəsi günlərində dəfələrlə vurğulayırdı ki, Gəncə, Bərdə və Tərtər şəhərlərinə atılan raketlər müharibə qanunlarına ziddir, bu hücumlar sırf terror məqsədi daşıyır və beynəlxalq hüquq baxımından açıq-aşkar müharibə cinayətidir. Ermənistan ordusu cəbhə xəttindən uzaqda yerləşən bu şəhərlərdə mülki infrastrukturu – yaşayış binalarını, xəstəxanaları, məktəbləri, ticarət obyektlərini, uşaqları və qadınları məqsədli şəkildə hədəfə almışdı. Bu faktlar Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təkcə Azərbaycanın suverenliyinə qarşı deyil, həm də bütün bəşəri dəyərlərə, humanizm prinsiplərinə qarşı yönəlmişdi.

Xatırladaq ki, Gəncə və Bərdəyə atılan “Skad” və “Smerç” tipli raketlər nəticəsində onlarla dinc sakin həyatını itirdi, yüzlərlə insan yaralandı. Bu hadisələr beynəlxalq ictimaiyyətə təqdim edilən sübutlarla bir daha göstərdi ki, Ermənistan silahlı qüvvələri müharibənin elementar etik qaydalarına belə məhəl qoymur. Prezident İlham Əliyev bu faktları dünya mediası qarşısında konkret sənədlərlə, foto və video materiallarla ortaya qoyaraq, işğalçının cinayətkar mahiyyətini ifşa etdi və bildirdi ki, bu hücumlar müharibə deyil, terror aktıdır.

Beynəlxalq hüququn əsas prinsiplərinə görə, münaqişə şəraitində mülki əhalinin və onların əmlakının məqsədli şəkildə məhv edilməsi Cenevrə konvensiyalarının kobud pozuntusudur. Azərbaycan Prezidenti məhz bu kontekstdə Ermənistanın hərəkətlərini müharibə cinayəti kimi qiymətləndirərək, beynəlxalq ictimaiyyəti bu cinayətlərin tanınmasına və cəzasızlığın qarşısının alınmasına çağırdı. Bu, təkcə hüquqi deyil, həm də mənəvi məsələ idi. Çünki Vətən müharibəsində Azərbaycan dövləti heç vaxt mülki obyektləri hədəf almadı, əməliyyatları yalnız beynəlxalq humanitar hüquq çərçivəsində apardı.

Vaqif BAYRAMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri