“Tottenhem” qışda heyətinə daha çox futbolçu qatmaq istəyir AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 dekabr, AZƏRTAC
İngiltərənin “Tottenhem” komandası qışda heyətinə daha çox futbolçu qatmağı planlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Mənbənin sözlərinə görə, London klubunun baş məşqçisi Ange Postekoqlu heyətdə zədəli oyunçuların çox olması səbəbindən yanvarda yeni adlara ehtiyac duyacaq.
Qeyd edək ki, “Tottenhem” 18 turdan sonra topladığı 23 xalla 12-ci sırada qərarlaşıb.

