Icma.az
close
up
RU
Tovuz sakinləri TƏHLÜKƏDƏ 45 ildir qəzalı vəziyyətdə olan körpü UÇDU FOTO

Tovuz sakinləri TƏHLÜKƏDƏ 45 ildir qəzalı vəziyyətdə olan körpü UÇDU FOTO

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Tovuzun dağətəyi relyefə malik, təxminən 1000-ə yaxın sakin olan Məşədilər kəndi rayon mərkəzindən xeyli aralıdadır. 350-ə qədər yaşayış evi olan bu kənddə nə tibb məntəqəsi, nə də hər hansı bir səhiyyə müəssisəsi var. Bu kəndi Tovuzun digər şəhər və kəndlərindən Zəyəmçay ayırır. Kənd camaatı alış veriş üçün, həkimə, rayon mərkəzinə bu çayın üzərindən keçməklə gedə bilirlər.
Bu məqsədlə kənddə yaşayanlar öz hesablarına təqribən ötən əsrin 80-ci illərində dəmirdən ensiz bir körpü salıblar. 45 ildir xalqa xidmət edən körpü qəzalı vəziyyətə düşüb. Hər il bir neçə dəfə sel sularının fəsadları nəticəsində zərər görən bu körpü hazırda təhlükəli hal alıb. Bu ilin yazında da Zəyəmçayından selin keçməsi körpünü daha da qəzalı edib. 
Bizim.Media-ya danışan kənd sakini Elçin Həsənov qəzalı körpunun hər an uça biləcəyini deyib: 
“Hər gün bu körpüdən istifadə edirik. Kəndə başqa yol yoxdur. Oradan keçəndə özümüzü riskə atırıq. Çox pis vəziyyətdədir. Hər an uçmaq təhlükəsi var. Sel gələndə də ümumiyyətlə keçə bilmirik. Kənd maşınlarının yarısı o tayda, yarısı bu tayda qalır. Heç piyada da keçə bilmirik. Yaxın vaxtlarda burada yeni körpü tikilməsə, hansısa bədbəxt hadisə baş verəcək”, - deyə kənd sakini əlavə edib.

Kənd sakinlərinin sözlərinə görə Zəyəmçayında suyun səviyyəsi aşağı olduğu müddətdə ağır tonnajlı, iri qabaritli maşınların çaydan keçməli olur. Lakin çayda sululuq çox olduqda buradan da keçə bilmirlər. Körpü ensiz olduğundan bir minik avtomobili güc bəla ilə keçib gedə bilir. Qabaritləri böyük olan yük avtomobilləri isə ümumiyyətlə keçə bilmir. Üstəlik sakinlər kənd təsərrüfatı ilə məşğul olduqlarından yük avtomobilləri ilə ot tədürükü, meyvə satışı və digər daşımaları körpü səbəbindən həyata keçirə bilmirlər. 
Məşədilər kəndinin digər sakini Fəxrəddin Ələsgərov körpünün təxminən 80-ci illərdə kənd camaatının vəsaiti hesabına tikildiyini xatırladıb: 
“Hər il sel gəlir körpünü belə bərbad vəziyyətə salır. Yeganə keçidimiz də buradandır. Təcili Tibbi Yardım çağırırıq gəlmir. Gələndə də o tayda qalır. Təhlükəli olduğundan bu tərəfə keçə bilmir. Taksi ilə ancaq körpünün başına qədər gəlirik. Piyadalar  avtomobil körpüyə çıxanda gözləməli olur, avtomobil də körpüdə piyada gördükdə gözləmək məcburiyyətində qalır. Belə dar körpüdən bir birini gözləyərək qorxa-qorxa gedib gəlirik”. 

O aidiyyəti qurumlardan tezliklə bu vacib və çox aktual olan problemin həllinə ciddi reaksiya vermələrini xahiş edir. 
Hər gün bu qəzalı vəziyyətdə olan körpüdən keçib Məşədilər kənd tam orta məktəbinə dərs deməyə gedən Rasim Süleymanov da öz narazılığını dilə gətirib:
“Mən uzun müddətdir bu kənddə müəllim işləyirəm. Gəldiyim vaxtdan etibarən gördüyünüz bu dəmir körpüdür. Kəndin əsasən giriş-çıxış nöqtəsini təmin edən əsas körpüdür. Körpü əvvəl nisbətən saz vəziyyətdə idi. Son vaxtlar körpü demək olar ki bərbad vəziyyətə düşüb. Xüsusən bu yay selin gəlişi ilə əlaqədar olaraq körpüdə çox qəzalı bir vəziyyət yaranıb. Gediş gəlişdə çətinlik yaradır. Rayon mərkəzindən taksi ilə gəldikdə sürücü körpüdən keçmək üçün əlavə qiymət istəyir. 

Problemlə əlaqədar Tovuz rayon icra hakimiyyətinə müraciət etdik. Yaranan problemlə bağlı Bizim.Media-nın yerli bürosuna qurumdan bildirilib ki, Məşədilər kəndini Tovuz rayonu ilə birləşdirən Zəyəm çayı üzərində salınmış metal körpü, ötən əsrin 80-ci illərində qurulub.
Yaz yagışları zamanı gələn sel suları körpünün bir hissəsini dagıdıb. Bununla baglı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib. Qurum əməkdaşlarının iştirakı ilə körpüyə baxış keçirilib, lazım olan tədbirlərin icrası üçün akt tərtib olunub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq.

O, sözügedən körpünün AAYDA-nın balansında olmadığını və agentliyin bununla bağlı hər hansı cavabdehlik daşımadığını qeyd edib: 

“Tovuz rayon icra hakimiyyətindən Məşədilər kəndində olan körpü ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunduğu üçün əməkdaşlarımız tərəfindən həmin körpüyə baxış keçirilib. Yeni körpünün layihələndirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Əgər layihə qəbul olunarsa, yeni körpünün tikintisi üçün vəsait ayrılarsa, agentlik tərəfindən həmin ərazidə yeni körpünün tikintisi həyata keçirilə bilər”, - deyə Anar Nəcəfli deyib.  
Ümid edirik ki, Tovuzun Məşədilər kəndindəki qəzalı körpünün bərpası və ya yeni tikintisi üçün aidiyyəti  qurumlar əməli tədbirlər görəcək. Faciə baş verməmiş həyacan siqnalına vaxtında reaksiya verməyin zamanıdır. 





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Yanvar 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri