Tovuz şəhər stadionunda inşa olunan əsas korpusun açılışı olub
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tovuz şəhər stadionunda inşa olunan əsas korpus binasının açılış mərasimi keçirilib.
"Report"un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev, İdarə Heyəti üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Binanın ümumi sahəsi 3 min kvadrat metrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb. Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tennis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb. Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 28 Mart 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















