Icma.az
close
up
RU
Qəbələdə başlayıb, Bakıda bitəcək tura BAXIŞ

Qəbələdə başlayıb, Bakıda bitəcək tura BAXIŞ

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında II tura start veriləcək. Turun birinci görüşü “Qəbələ” ilə “Şəfa” arasında keçiriləcək. “Zirə” “İmişli”ni, “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək. “Neftçi” isə “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunu birincilərin avrokubok oyunlarına görə təxirə salınıb.

22 avqust, 18:30 Qəbələ – Şəfa
Hər iki komanda mövsümə məğlubiyyətlə başlayıb. “Qəbələ” Tovuz səfərində minimal fərqlə uduzub (0:1), debütant isə “Zirə” ilə bacarmayıb (0:2).

Kaxaber Sxadadzenin rəhbərlik etdiyi “Qəbələ” bugünkü matçın favoritidir. “Qırmızı-qaralar” azarkeşləri önündə yaxşı futbol sərgiləyir. “Turan Tovuz”la oyunda ikinci hissədə bəzi dəqiqələrdə üstünlüyü ələ alan bölgə klubu fərqlənə bilməmişdi.

“Şəfa” isə “Zirə” səfərində diqqətçəkən heç nə ilə yadda qalmadı. Bakılılar yeni formalaşıb və komandanın uyğunlaşması üçün vaxta ehtiyac var. İlk turda zəif təsir bağışlayan “Şəfa”nın oyun üslubu haqqında konkret fikir səsləndirmək olmur. “Qəbələ” komandanın gücünə görə rəqibdir. Bu səbəbdən bugünkü duel bakılıların özlərini göstərə bilməsi baxımından yaxşı sınaq olacaq.

22 avqust, 20:45 Zirə – İmişli
“Zirə” mövsümə “Şəfa” üzərində qələbə ilə başladı, “İmişli” isə “Araz-Naxçıvan”la heç-heçəyə razılaşdı. Görüşün favoriti “qartallar”dır. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin bəlli oyun nizamı var və buna illərdir, sadiqdirlər. Komandada əsas problem heyətlə bağlıdır. Bu yay Brahim Konate, Junior Martins, Anatoli Nuriyev kimi əsas oyunçuları ilə vidalaşan “Zirə” gəncləşdirmə siyasəti yürüdür. Sadıqovun indi əsas hədəfi komandaya cəlb olunan gənc legionerləri sistemə uyğunlaşdırmaqdır. Bu səbəbdən “qartallar” üçün bir neçə tur sınaq xarakterli olacaq.

“İmişli” isə demək olar ki, ötən mövsümün heyətinin onurğasını qoruya bilib. Bölgə təmsilçisi “Araz-Naxçıvan”la birinci matçda pis təsir bağışlamadı. Komandanın əsas qol ümidi standart vəziyyətlərdəndir. İlk görüşdə də bir neçə dəfə təhlükəli vəziyyət yaratmağı bacaran “pələnglər” qapıya düşə bilməmişdi. Bunlar fonunda “İmişli”nin bu gün “Zirə”dən xal ala bilməsi təəccübləndirici olmayacaq.

23 avqust, 18:30 Turan Tovuz – Şamaxı
“Turan Tovuz” mövsümə qələbə ilə start verən kollektivlərdəndir. Birinci turda “Qəbələ”yə qalib gələn tovuzlular sərgilədiyi oyunla da pozitiv siqnallar verdi. Komanda ötən mövsümlə müqayisədə indi hücumda aktivliyi ilə seçilir. Kurban Berdıyevin yetirmələri ardıcıl ikinci ev matçında da fanatlarını qələbə ilə sevindirməyə çalışacaq.

“Şamaxı” isə ilk turda “Qarabağ”a məğlub olsa da, komanda mübarizliyi ilə seçildi. Azər Bağırov yeni komanda formalaşdırır. Sürətli əks-hücumları ilə diqqət çəkən bölgə təmsilçisində ilk turda görünən əsas çatışmazlıq yarımmüdafiə ilə hücum arasındakı əlaqənin zəif olmasıdır. İlk oyunda uzun ötürmələrə üstünlük verən “Şamaxı”nın bugünkü matçda “Turan Tovuz”un kompakt müdafiəsini yarmaq üçün fərdi bacarıqları olan futbolçulara ehtiyacı var. Bu səbəbdən Bağırovun startda cinahlarda gənc və sürətli oyunçulara şans verəcəyi gözlənilir.

22 avqust, 20:45 Neftçi – Araz-Naxçıvan
“Neftçi” mövsümə qələbə ilə başladı. “Sumqayıt” səfərində yaxşı oyunla üç xalı əldə edən “ağ-qaralar” bu dəfə azarkeşlərinə qalibiyyət sevinci yaşatmağı arzulayır. Rəqib də münasibdir. Yeni formalaşan “Araz-Naxçıvan”ın paytaxt klubuna çətinlik yaradacağı ehtimalı azdır.

“Neftçi” mövsümə erkən başlayıb və hazırlıqlıdır. Futbolçuların fiziki durumu yaxşıdır. Hücumda Breno Almeyda və Lyubomir Tupta ilk oyunda fərq yaratmağı bacardı. Dubl edən Almeyda bu turu da boş keçmək niyyətində deyil.

“Araz-Naxçıvan” isə yeni formalaşır. Cavid Hüseynovun rəhbərliyi altında yığılan komanda ilk turda ciddi müsbət siqnallar ötürmədi. Naxçıvanlılar üçün əsas sınaq məhz bu gün “Neftçi”yə qarşı olacaq. Hüseynovun komandasının durumu və perspektivi qismən də olsa, “ağ-qaralar”la dueldən sonra aydın olacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Avqust 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see476

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see314

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see264

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see249

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see248

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see233

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see228

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see203

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see195

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see178

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see177

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see171

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see169

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri