Icma.az
close
up
RU
Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə “Zəfər Kuboku” TEMPO turniri keçirilib

Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə “Zəfər Kuboku” TEMPO turniri keçirilib

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində  Tovuz rayon İcra Hakimiyyəti ,YAP Tovuz rayon təşkilatı, Qazax–Tovuz RTİ-nin Tovuz rayon Təhsil Sektoru və  nəzdində fəaliyyət göstərən Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “8-Noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə “Zəfər Kuboku” TEMPO-turniri keçirilib.Turnirdə 16 yaşa qədər oğlan və qızlardan ibarət məktəblilər iştirak etmişlər.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə iştirak ediblər.

8 noyabr – Zəfər Günü münasibətilə təşkil edilən tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə açaraq 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün keçirilməsi ilə əlaqədar rayon üzrə tədbirlər planına uyğun olaraq, rayonda silsilə tədbirlər, keçirildiyini bildirmişdir. Məleykə Əmirzadə qeyd edib ki turnirin məqsədi şagirdlərin idman hərəkatını gücləndirmək, məktəblilər arasında qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq,komanda bacarıqlarını inkişaf etdirmək, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.

Daha sonra çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov yarış iştirakçılarını salamlayaraq, xalqımızı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad edildiyini, vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin yenilməz iradəsi və qəhrəmanlıqları sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunduğunu, Zəfərimizin isə nəticəsi olaraq ölkəmiz regionda sülhün və inkişafın təminatçısına çevrildiyini bildirmişdir

Çıxış edən Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova yarışda  iştirak edən məktəbliləri salamlayaraq, Azərbaycanın zəngin şahmat ənənələrinin yaranmasında Ulu Öndərin müstəsna xidmətləri olduğunu, eyni zamanda həmin ənənələr əsasında respublikamızda adlı-sanlı şahmatçılar yetişdiyini hazırda da bu idman sahəsinin hərtərfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirmişdir.

Sonra Tovuz Təhsil Sektorunun müdiri Aysel Quliyeva ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

Ümumilikdə 64 şagirdin qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Sonda yarışda oğlan və qızlar arasında 1,2,3 yerləri tutmuş şahmatçılar təşkilatçılar tərəfindən Kubok,medal və diplomlarla təltif edilmiş, digər yarış iştirakçılarına gələcək turnirlərdə uğurlar arzulanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri