Tovuzda yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Tovuzda yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Əlimərdanlı kəndində yerləşən "Valeh" MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.
Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 22 Avqust 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















