Əfqanıstanda dəhşətli partlayış: 7 ölü, 97 yaralı
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Əfqanıstanın Kunar əyalətində orta məktəbin yaxınlığında yerləşən evdə baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, 97 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Kunar əyalətinin İnformasiya və Mədəniyyət idarəsinin direktoru Sami-ul Hak Hakbin “Tolo News”a açıqlamasında hadisənin orta məktəbin yaxınlığındakı evdə baş verdiyini bildirib.
Onun sözlərinə görə, partlayışdan sonra 7 nəfərin meyiti və 97 yaralı xəstəxanaya çatdırılıb. Hakbin hadisənin mədən işlərində istifadə olunması üçün hazırlanmış partlayıcı maddələrin həmin evdə partlaması nəticəsində baş verdiyini qeyd edib.
Kunar əyalətinin polis mətbuat katibi Fərid Dehkan isə hadisə ilə bağlı ilkin açıqlamasında partlayışın yerli vaxtla saat 10:00-da əyalətin Andar Ser bölgəsindəki orta məktəbin yaxınlığında baş verdiyini bildirib.
Dehkan hadisə nəticəsində ölən və yaralananlar arasında şagirdlərin də olduğunu təsdiqləsə də, partlayışın dəqiq səbəbi, eləcə də tələfatın sayı barədə ətraflı məlumat verməyib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Noyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















