Tovuzlu azarkeşlər “Qarabağ”la oyuna ciddi hazırlaşıb “Azərsun Arena”da anşlaq olacaq!
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Misli premyer-liqasının 8-ci turunun “Turan Tovuz” – “Qarabağ” oyununun əhəmiyyətindən xəbərdarsız. Axı okktyabrın 17-də “Azərsun Arena”da çempionluğa iddialı komandalar üz-üzə gələcək. “Bozqurd” liderliyini möhkəmləndirmək, “köhlən atlar” 1-ci pilləyə yüksəlmək uğrunda döyüşəcək.
Bəllidi ki, nominal meydan sahiblərinin azarkeşləri, başqa sözlə, tovuzlular sevimli komandalarını belə vacib qarşılaşmada tək qoymamalı, ənənəvi dəstəkləriylə kollektivi qələbəyə səsləməlidi. Bəs, onlar görüşə necə hazırlaşıb?
“Football-plus.az”ın sualını “Ultras Turan” fanklubunun rəhbəri Kamal Saqqayev cavabladı:
“Həm komanda, həm də biz tərəfdarlar matça çox ciddi hazırlaşıb. Söhbət 6 xallıq oyundan gedir. Təbii ki, komandanı dəstəkləyəcəyik. Say haqda dəqiq məlumat verə bilməyəcəm. Ancaq tribunalarda anşlaq olacaq. Tovuzlu azarkeşlərin oyuna necə hazırlaşdıqlarını, komandanın yanında olduqlarını hamı stadionda görəcək. “Turan Tovuz” hardasısa, “Ultras Turan” da ordadı”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 16 Oktyabr 2025 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















