Icma.az
close
up
RU
Toxumçuluqda yeni dövr BAŞLAYIR

Toxumçuluqda yeni dövr BAŞLAYIR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO-nun baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, elmi-tədqiqat institutlarının alimləri, toxum istehsalçıları və fermerlər iştirak ediblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, fermerlərin rifahının yüksəldilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindəndir. Nazir qeyd edib ki, dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də yeni “Toxumçuluq haqqında” Qanun ölkədə toxumçuluq sektorunun inkişafı üçün yeni imkanlar yaradır.

Məcnun Məmmədov diqqətə çatdırıb ki, Aqrar Subsidiya Şurasının 2027-ci il üçün müəyyən etdiyi yeni dəstək mexanizmləri də Dövlət Proqramının prioritetləri ilə uzlaşdırılıb. Yeni dəstək mexanizmlərində ilk dəfə olaraq super elit toxumların əkildiyi sahələr üzrə subsidiyaların artırılmış əmsalla hesablanması, kənd təsərrüfatı texnikalarının alınmasına tətbiq olunan güzəşt faizinin isə 50 faizədək yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, sertifikatlı toxumdan istifadənin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirdə FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin toxumçuluğun inkişafına, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsinə və laboratoriya xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verdiyi vurğulanıb. Məcnun Məmmədov qeyd edib ki, yeni “Toxumçuluq haqqında” Qanunun, Dövlət Proqramının və yenilənmiş subsidiya mexanizmlərinin ardıcıl icrası yerli toxum istehsalının inkişafına, fermerlərin gəlirlərinin artmasına, idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında toxumçuluq sektorunun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib. Bildirib ki, məhsuldarlığın aşağı düşməsinin qarşısının alınması, bitki sağlamlığının qorunması və ölkə ərazisinə təhlükəli zərərli orqanizmlərin daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan bitkiçilik məhsullarına, əkin-səpin materiallarına və toxumlara nəzarət gücləndirilib. İdxal olunan toxum materialları virus və bakterial xəstəliklərə görə müvafiq yoxlamalardan keçirilir, yalnız müəyyən edilmiş sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verən toxumların ölkəyə idxalına icazə verilir.

AQTA sədri əlavə edib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində “Bitki sağlamlığı haqqında” yeni Qanunun qəbul edilməsi nəzərdə tutulur. Yeni Qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Viorel Gutu FAO ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın nəticələrindən danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində AXA-nın laboratoriya şəbəkəsinin modernləşdirilməsinə, regionda ilk dəfə olaraq toxumluq əkin sahələrinin aprobasiyası prosesinin rəqəmsallaşdırılmasına, həmçinin Xankəndidə müasir tələblərə cavab verən laboratoriya şəbəkəsinin qurulmasına metodoloji dəstək göstərilib.

Viorel Gutu qeyd edib ki, yerli toxum istehsalına investisiya yalnız kənd təsərrüfatı siyasətinə qoyulan sərmayə deyil. Bu, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd yerlərində dayanıqlı gəlirin gücləndirilməsi, eləcə də ölkənin bazar dəyişiklikləri və təchizat zəncirindəki risklər qarşısında daha hazırlıqlı olması üçün strateji əhəmiyyət daşıyır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, aqrar sahəyə dair yeni Dövlət Proqramında kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının, məhsuldarlığın əlavə dəyərin və ixracyönümlülüyün artırılması, rəqəmsallaşma və insan kapitalının inkişafı əsas məqsəd kimi qarşıya qoyulub. Komitə sədri vurğulayıb ki, Dövlət Proqramında kənd təsərrüfatının inkişafında toxumçuluq strateji əhəmiyyətli sahə kimi qeyd edilir. Aqrar sahəyə dair qanunvericilik kənd təsərrüfatının inkişafının başlıca istiqamətlərini özündə ehtiva edir.

Konfrans işini panel sessiyalarla davam etdirib. Sessiyalar çərçivəsində aqrar sahədə yeni Dövlət Proqramı”nın milli toxumçuluğun inkişafına təsiri, ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluq sektorunun rolu, qlobal yanaşmalar və beynəlxalq təcrübə, 2026-cı ildə toxum istehsalı, aprobasiya nəticələri və qarşıdakı hədəflər üzrə təqdimatlar dinlənilib.

Panel müzakirələrində milli toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkili zamanı beynəlxalq təcrübədən istifadə, yüksək reproduksiyalı və sertifikatlaşdırılmış toxum istehsalının genişləndirilməsi, müasir seleksiya üsullarının və innovativ texnologiyaların tətbiqi, toxum istehsalçılarının fəaliyyətinin dəstəklənməsi və fermerlərin keyfiyyətli toxuma çıxış imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda toxumçuluq sahəsində fəaliyyəti və əldə etdiyi nəticələrlə fərqlənən toxum istehsalçılarına mükafatlar təqdim olunub.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri