Icma.az
close
up
RU
Toxun acdan nə xəbəri... AYNA da səssizlik hökm sürür, əhalinin gedişhaqqı narahatlığı davam edir

Toxun acdan nə xəbəri... AYNA da səssizlik hökm sürür, əhalinin gedişhaqqı narahatlığı davam edir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Son günlər sosial şəbəkələr və yerli media orqanlarının əsas müzakirə mövzularından biri də ictimai nəqliyyatda gedişhaqqının bahalaşacağı barədədir. Hətta konkret rəqəmlər səsləndirənlər də var: paytaxtda avtobus və metroda indiyədək 50 qəpik olan gedişhaqqının 1 manata qədər artacağı iddia olunur.

Bizimyol.info xəbər verir ki, tədris ilinin başlanmasına günlər qalmış belə müzakirələr əhali arasında narahatlığa səbəb olub. Çünki təcrübə göstərir ki, adətən bu cür müzakirələr ictimai rəydə “nəbz yoxlamağa” xidmət edir. İnsanlar da ondan ehtiyatlanır ki, bu müzakirələrin ardınca bahalaşma qərarı gələcək.

Qiymət artımı ilə bağlı mediada gedən müzakirələrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) belə münasibət bildirib: “İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib”.

Hazırda gedişhaqqının 50 qəpik olduğunu hamı bilir, burada yenilik yoxdur. İnsanları maraqlandıran isə yaxın gələcəkdə qiymət artımının olub-olmayacağıdır. AYNA isə bu barədə heç nə demir. Yəni ictimai nəqliyyatda gedişhaqqının bahalaşmayacağını konkretləşdirmir. Bu da şübhələri daha da artırır.

Bakı sakinləri hələ bahalaşma olmadan, indiki qiymətlərlə gedişhaqqının onlar üçün yüksək olduğunu deyirlər.

“Kartıma 10 manat yükləyirəm, heç 3 gün getmir. Çünki “Günəşli”dən işə gedib çıxana qədər 2 avtobusa minirəm, bir dəfə də metroya, qayıdanda da həmçinin. Bəzən deyirlər ki, bizdə gedişhaqqı ucuzdur. Gözünün içinə qədər yalan danışır. Bu ölkədə 340 manat pensiya alan adam var, onun üçün 50 qəpik gedişhaqqı ucuzdur? Avropa ölkələri ilə müqayisə edirlər. Avropa ölkələrində nəqliyyatda pensiyaçılara, tələbələrə güzəşt var. Bizdə hardadır o güzəşt?”, - deyə Tərlan Məmmədov bildirib.

Kəmalə Əliyeva da ictimai nəqliyyatda qiymətlərin bahalaşacağından narahatdır. Onun sözlərinə görə, uşaqlarından biri tələbədir, digəri məktəbli: “Məktəbli həm də hazırlığa gedir. Hamısı da avtobusdan, metrodan istifadə edir. Yolpulu çox xərc aparır. Elə neçə vaxtdır qiymət artımını oxuyuram, çox narahatam ki, bunun axırı necə olacaq. Evin xərclərinin bir hissəsi də yolpuludur. Çox nahaq fikirləşirlər ki, ucuzdur. Qətiyyən elə deyil. Toxun acdan nə xəbəri...”

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Sentyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri