Icma.az
close
up
RU
Tibbi yardımsız qalmaq təhlükəsi ilə üzləşən vətəndaşa maddi və psixoloji zərbə: “Toxun acdan xəbəri yoxdur...”

Tibbi yardımsız qalmaq təhlükəsi ilə üzləşən vətəndaşa maddi və psixoloji zərbə: “Toxun acdan xəbəri yoxdur...”

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Yeni ildən işsiz, yaxud da rəsmi iş yeri olmayan şəxslərin daha bir qayğısı yaranır. Əgər onlar hər ay 16 manat icbari tibbi sığorta haqqı ödəməsələr, pulsuz tibbi xidmətdən də istifadə edə bilməyəcəklər. “Tibbi sığorta haqqında” qanuna bununla bağlı dəyişiklik olunacaq.

Hökumət gələn ilin büdcəsində icbari tibbi sığortaya ayrılan pulu 30 faizdən çox azaldıb. 2026-cı ilin büdcəsində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait 900 milyon manatdır. 2025-ci ildə bu rəqəm 1 milyard 416 milyon 405 min manat idi. Azalma kasıb vətəndaşların sağlamlığına, onun tibbi yardım almaq imkanlarına təsirsiz ötüşmür.

Kəmalə Vəliyeva Bizimyol.info portalına danışır ki, 55 yaşı var və həyat yoldaşı uzun illər öncə xərçəng xəstəliyindən dünyasını dəyişib, tək yaşayır. Səhhətində ciddi problemlər var, buna baxmayaraq, özünü dolandırmaq üçün günəmuzd işləməyə məcburdur: “Kirayə pulunu ödəməliyəm, dolanmalıyam. Ayağımda, daxili orqanlarımda ciddi problemlər var. Dərmanlara nə qədər xərcim çıxır. Qubada, Xaçmazda meyvə-tərəvəz yığımı olanda günəmuzd ora gedirəm. Ayaq üstündə zorla dayanıram. Amma məcburam. Keçən il tibbi sığortanın hesabına bir ayağımı Bakıda əməliyyat elətdirdim. Gələn ildən neyləyəcəm, bilmirəm. Mənim günümdə olanları niyə nəzərə almırlar? Televizordan eşidirəm, deyirlər ki, ayda 16 manat böyük pul deyil. İnanın, mənim üçün çox böyük puldur. Toxun acdan xəbəri yoxdur...”

Rəsmi qaydada işləyən şəxslər üçün icbari tibbi sığorta haqqını işəgötürən ödəyir. Uşaqlar, əlillər, pensiyaçılar üçün isə dövlət hesabına həyata keçirilir. Rəsmi şəkildə işsiz kimi qeydiyyatda olanlar da bura aiddir.

Bəs işsiz kimi qeydiyyata alınmasa da, faktiki işsiz olan, yaxud da müqaviləsiz işləyən yüzminlərlə əhalinin vəziyyəti necə olacaq?

Bura bölgələrdə yaşayan evdar qadınlar, əkinçilik, maldarlıqla məşğul olan insanlar da daxildir. Bu, faktiki kasıb təbəqənin tibbi yardım almaq hüququnun məhdudlaşdırılmasıdır. Lakin rəsmilər bu fikri qəbul etmir. Deyirlər ki, bu qərarla dövlətin yükünün bir hissəsi özəl sektorun, müəssisələrin, fiziki şəxslərin üzərinə keçir. Məqsəd də sığorta sistemini daha çevik, effektiv mexanizmə çevirməkdir. Vurğulayırlar ki, beynəlxalq praktikada da bu, normal prosesdir.

Həkim Rəna Yusifova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, maddi vəziyyətindən asılı olmayaraq, heç bir vətəndaş tibbi yardımdan məhrum olmamalıdır. Onun sözlərinə görə, ölkədə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların sayı ildən-ilə artır. Bunu nəzərə alsaq, səhiyyə sahəsinə ayrılan vəsait artırılmalı, bir sıra xəstəxanaların maddi-texniki bazası gücləndirilməlidir: “Böyük xərc tələb edən əməliyyatlar var ki, kasıb təbəqədən olan insanlar bunu öz hesabına həyata keçirə bilmir. Son illərdə nə qədər kasıb insan icbari tibbi sığortadan yararlanaraq, ürək əməliyyatı və başqa bahalı əməliyyatlar keçirmişdi. Bəlkə də icbari tibbi sığorta olmasaydı, bu əməliyyatı etdirmək imkanı olmayacaqdı. Belə vətəndaşlarımızı mütləq nəzərə almalıyıq. Müalicə oluna bilməməsi xəstəyə həm də psixoloji-mənəvi zərbə vurur”.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri