Toy edənlərin nəzərinə: Bu tarixdən qiymətlər dəyişə bilər
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda toy keçirməyi planlaşdıran ailələri yeni ildən əlavə xərc gözləyir.
“Cebheinfo.az”-a daxil olan məlumata görə, yanvar ayından etibarən bir sıra şadlıq saraylarında adambaşına toy menyusunun qiyməti minimum 85 manat müəyyənləşdiriləcək.
Bu isə hazırda daha aşağı qiymətə təklif olunan menyuların da bahalaşacağı anlamına gəlir.
Hazırda Bakıda şadlıq saraylarında menyu qiymətləri məkanın səviyyəsinə və menyuya daxil olan məhsulların çeşidinə görə ciddi şəkildə dəyişir.
Son aylarda bəzi məkanlarda 70 manat civarında menyulara rast gəlinsə də, bir sıra şadlıq saraylarında qiymətlər artıq 100 manatı keçib.
Son məlumatlarda Bakıda menyuların 70-130 manat və daha yuxarı qiymətlərə təklif edildiyi bildirilir.
85 manatlıq minimum qiymətin tətbiqi isə xüsusilə geniş tərkibli və orta səviyyəli menyu seçən ailələrin toy büdcəsinə təsir edə bilər.
Qeyd edək ki, hazırda bazarda bütün şadlıq sarayları üçün vahid 85 manatlıq məcburi qiymətin tətbiqi ilə bağlı rəsmi qərar açıqlanmayıb.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:326
Bu xəbər 02 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















