Icma.az
close
up
RU
Toy və yas məclisləri dəyişir SƏBƏB

Toy və yas məclisləri dəyişir SƏBƏB

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan cəmiyyətində toy və yas mərasimləri uzun illər insanların bir araya gəldiyi, sosial münasibətlərin möhkəmləndiyi əsas ənənələrdən biri olub. Lakin son dövrlər bir çox insanın bu məclislərə əvvəlki həvəslə qatılmadığı, bəzi hallarda isə məcburiyyət kimi yanaşdığı müşahidə edilir. Sosial dəyişikliklər, maddi yük, zaman azlığı və münasibətlərdəki məsafələşmə bu tendensiyanın əsas səbəbləri kimi göstərilir.
Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, əsasən vəziyyət prinsipial olaraq dəyişməyib:
“İnsanların toydan və yas mərasimlərindən daha çox uzaqlaşmasının, bu tip mərasimlərə daha az vaxt ayırmasının, eləcə də evliliklərin sayının azalması və boşanmaların artmasının əsas səbəbləri oxşar amillərlə bağlıdır. Bu səbəblər sırasında insanların həddindən artıq qayğılarla yüklənməsi, texnologiyaya daha çox bağlılıq, telefon və elektron sistemlər üzərində uzun müddət vaxt keçirməsi mühüm yer tutur. Eyni zamanda gündəlik həyat tələbatlarını qarşılamaq üçün insanların yüksək gərginlik şəraitində işləməsi də bu prosesə təsir göstərir. Digər mühüm amil isə həyat tərzində baş verən dəyişikliklərdir. Əvvəllər kənd yerlərində təsərrüfat fəaliyyəti ilə məşğul olan insanlar indi daha çox şəhər tipli həyat tərzinə üstünlük verirlər. Onlar ya böyük marketlərdən alış-veriş edirlər, ya da maaşlı işlərdə çalışaraq gəlirlərini bu şəkildə təmin edirlər. Bəzən isə hər iki fəaliyyət paralel şəkildə davam edir. Nəticədə insanlar həm iş, həm də gündəlik məişət qayğılarına daha çox vaxt sərf edirlər. Bu isə ümumi rifah səviyyəsinin gözlənildiyi qədər yüksək olmadığını göstərir. Ümumi iqtisadi göstəricilərdə müəyyən irəliləyişlər müşahidə olunur. Orta təbəqənin formalaşması ilə bağlı müsbət tendensiyalar var. Əhalinin gəlirlərində artım qeydə alınsa da, inflyasiya da paralel şəkildə mövcuddur. Həm görünən, həm də görünməyən inflyasiya hiss olunur. Bəzi məhsulların qiyməti sabit qalsa da, əksər istehlak mallarında, xüsusilə gündəlik qida məhsullarında son illərdə ciddi bahalaşma baş verib. Bu da qiymətlərin ümumilikdə artımını göstərir”.
O bildirib ki, iqtisadi çətinliklər və yaşayış tərzi ilə bağlı problemlər insanların narazılığına və narahatlığına səbəb olan əsas amillərdəndir:
“Eyni zamanda, Azərbaycanda və dünyada toy və yas mərasimləri ilə bağlı müəyyən sadələşdirmə meylləri müşahidə olunur. Bu istiqamətdə həm dövlət səviyyəsində tədbirlər görülür, həm də cəmiyyət özü bu dəyişikliklərə uyğunlaşır. Bunun nəticəsində insanlar daha çox şəxsi azadlıqlarına əsaslanaraq fərqli həyat tərzi seçirlər. Bəziləri toy mərasimlərindən imtina edərək vətəndaş nikahına üstünlük verir, bəziləri isə dini nikahla kifayətlənir. Bu da xüsusilə gənclər arasında geniş yayılmış tendensiyadır. Beləliklə, məclis mədəniyyətinin tamamilə zəifləməsindən yox, daha çox məhdudlaşmasından söhbət gedir. Toylara maraq ümumilikdə azalmayıb, lakin insanlar artıq böyük xərclər əvəzinə daha rasional seçimlər etməyə üstünlük verirlər. Vəsaitlərini daha faydalı istiqamətlərə yönəltməyi seçirlər. Bu da müəyyən mənada müsbət tendensiya kimi dəyərləndirilə bilər. Ümumilikdə müəyyən zəifləmə və dəyişiklik müşahidə olunsa da, bu, həyəcan doğuracaq bir vəziyyət deyil. Ənənələri qorumaq və onları dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək daha məqsədəuyğundur. Bu vəziyyətin müvəqqəti olduğu, insanların həyat şəraiti yaxşılaşdıqca ənənəvi mərasimlərin də daha geniş şəkildə bərpa olunacağı ehtimal edilir. Təbii ki, heç kimə yas arzulanmır. Toy mərasimləri isə hər bir ailə üçün xoşbəxtliyin simvoludur. Ona görə də bu ənənələrdən imtina etmək yox, onları zamanın tələblərinə uyğun şəkildə daha da zənginləşdirmək, milli dəyərlərlə inkişaf etdirmək və gələcək nəsillərə ötürmək daha düzgün yanaşmadır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 May 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri