Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnara Akimova deyib.
Onun sözlərinə görə, 2026-2027-ci tədris ilindən mərhələli şəkildə tətbiq olunacaq adambaşına maliyyələşdirmə prinsipi büdcə vəsaitlərinin şagird sayı əsasında planlaşdırılmasını nəzərdə tutur.
“Məktəblərin növləri və təhsil səviyyələri üzrə artım əmsallarının tətbiqi isə maliyyə bölgüsündə fərqli ehtiyacların nəzərə alınmasına imkan yarada bilər”,- deputat vurğulayıb.
E.Akimova bu yeniliyi təhsil sahəsində maliyyə idarəçiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli hesab edir:
“Bununla belə, prinsipial mövqeyim aydındır: maliyyələşmənin səmərəliliyi təhsildə bərabər imkanların qorunması hesabına əldə edilməməlidir. Məktəbin ehtiyaclarını yalnız şagirdlərin sayı ilə ölçmək olmaz. Ucqar kənddəki azsaylı şagird kontingentinə malik məktəbin də istilik, işıq, müəllim təminatı və digər zəruri xərcləri var. Heç bir məktəb şagirdlərinin azlığına görə fəaliyyətini davam etdirmək üçün vacib maliyyə təminatından məhrum edilməməlidir.
Buna görə də yeni qaydalar hazırlanarkən şagird sayı ilə yanaşı, məktəbin yerləşdiyi ərazi, coğrafi şərait və real ehtiyaclar mütləq nəzərə alınmalıdır. Ədalətli maliyyələşmə hamıya eyni məbləği ayırmaq deyil, hər məktəbin ehtiyacına uyğun imkan yaratmaqdır”.
Deputat onu da qeyd edib ki, yeni mexanizmin uğuru yalnız vəsaitlərin necə bölüşdürülməsi ilə deyil, məktəblərdə tədris şəraitinin nə dərəcədə yaxşılaşması, müəllimlərin iş imkanlarının genişlənməsi və şagirdlərin keyfiyyətli təhsil alması ilə ölçülməlidir.
O bildirib ki, şəffaflıq, hesabatlılıq və məktəblərin ehtiyaclarının obyektiv qiymətləndirilməsi bu prosesin ayrılmaz hissəsi olmalıdır.
“Mən yeni maliyyələşmə mexanizmini dəstəkləyirəm, lakin onun tətbiqində əsas prinsipin təhsildə bərabər imkanların qorunması olduğunu xüsusi vurğulayıram. İslahat məktəblərin inkişafına təkan verməli, onların imkanlarını məhdudlaşdırmamalıdır. Çünki hər bir uşağın keyfiyyətli təhsil almaq hüququ yaşadığı yerdən və oxuduğu məktəbdəki şagird sayından asılı olmamalıdır”, - Milli Məclisin üzvü söyləyib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:239
Bu xəbər 24 Sentyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















