Icma.az
close
up
RU
Toya hazırlaşanların nəzərinə: Məhərrəmliyə görə... AÇIQLAMA

Toya hazırlaşanların nəzərinə: Məhərrəmliyə görə... AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ramazan ayı boyunca toylara verilən fasilə artıq başa çatıb və şadlıq saraylarında yenidən canlanma müşahidə olunur. Lakin qarşıdan Məhərrəm ayı gəlir. Bu səbəbdən şadlıq evlərində yenidən durğunluq yaşanacağı gözlənilir. Vətəndaşların böyük qismi toy mərasimlərini Məhərrəm ayından sonraya planlaşdırırlar.
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, orucluqdan sonra tələbatın kəskin şəkildə artması, yəni şadlıq saraylarının xidmətlərinə qısa müddətdə yüksək tələbin yaranması qiymətlərə artırıcı təsir göstərə bilər:
“Bu, normal bazar prosesidir, bazar konyunkturası məsələsidir. Tələb çox olduqda, toy etmək istəyənlərin sayı kəskin artdıqda şadlıq sarayları qiymət artımına gedirlər. Çünki müştəri çox olduğuna görə müştərini itirməyəcəklərinə əmindirlər. Buna görə də əlavə endirimlərdən yayınır, xidmətlərini ya əvvəlcədən nəzərdə tutduqları, ya da daha yüksək qiymətlərlə təklif etməyə çalışırlar. Adətən belə hallarda qısa müddətdə qiymətlərdə müəyyən artım müşahidə olunur, daha sonra isə bazar tədricən normal vəziyyətə qayıdır. Tələbatın normallaşması qiymətlərin əvvəlki səviyyəyə enməsinə səbəb ola bilər. Lakin məsələ burasındadır ki, şadlıq sarayları eyni zamanda ərzaq qiymətlərinin artdığı bir mühitdə fəaliyyət göstərirlər. Ərzaq və içki qiymətlərinin bahalaşmasından ən çox təsirlənən sahələrdən biri də məhz restoran və şadlıq sarayı sektorudur”.
O bildirib ki, buna görə də bu sahədə qiymətlərin enmə ehtimalı çox aşağıdır:
“Çünki ərzaq qiymətləri davamlı olaraq artır və xüsusilə Yaxın Şərqdə baş verən müharibə kimi amillər bu artımı daha da gücləndirir. Yaxın gələcəkdə ərzaq qiymətlərinin ucuzlaşacağı gözlənilmir, əksinə müəyyən bahalaşma təzyiqi davam edəcək. Bu səbəbdən, şadlıq saraylarında mövsümi dəyişikliklər, bayramlar - xüsusilə dini bayramlardan əvvəl və sonra tələbatın kəskin artması qiymətlərə təsir etsə də, ümumi tendensiya olaraq qiymətlərin aşağı düşəcəyini gözləmək real deyil. Əksinə, ərzaq və içki xərclərinin artması bu obyektlərin xərclərini yüksəldir və tələbat olduğu müddətdə qiymətlərin artırılmasına səbəb olur”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Aprel 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri