Toyda iştirak etmək üçün rayona getdi, qazdan zəhərlənib öldü
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıdan Zaqatalaya toya gələn 35 yaşlı kişinin meyiti qohumunun mənzilində aşkarlanıb.
Hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə qeydə alınıb.
Əslən Zaqataladan olan, Bakı şəhərində yaşayan 35 yaşlı Anar Abdullayevin meyiti qohumuna məxsus mənzilin hamamının qarşısında aşkar olunub.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
A.Abdullayev üç gün öncə yaxın qohumlarının toy məclisində iştirak etmək üçün Bakıdan Zaqatalaya gəldiyi, dünən toyda iştirak etdiyi bildirilir.
APA


