Tokayev tapşırıq verdi “Döyüş hazırlığı gücləndirilsin!”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni müdafiə nazirinə döyüş hazırlığını gücləndirməyi tapşırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tokayev bu vəzifəyə yeni təyin etdiyi yeni müdafiə naziri Dauren Kosanovu qəbul edib:
“Görüşdə dövlət başçısı ordunun döyüş hazırlığının gücləndirilməsi, idarəetmə və idarəetmə sisteminə rəqəmsal həllərin tətbiqi, Əlahiddə Ümumqoşun Ordunun imkanlarının genişləndirilməsi, sosial-ideoloji işin səmərəliliyinin artırılması, o cümlədən hərbi infrastrukturun müasirləşdirilməsi ilə bağlı bir sıra konkret tapşırıqlar verib”.
Xatırladaq ki, Tokayev iyunun 8-də 2022-ci ildən bu vəzifəni icra edən general-polkovnik Ruslan Jaksılıkovun müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 08 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















