“Toylarda milli rəqslərə üstünlük verilmir” DEPUTAT TOY MƏRASİMLƏRİNİ TƏNQİD ETDİ
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Bu gün toylarımız nəinki milli ənənələrdən uzaqlaşıb, hətta mənəvi əzab və sağlamlıq baxımından zərər verən məkanlara çevrilib. Toya gedən insan həm fiziki, həm də mənəvi baxımdan zədələnir. Bunun bir çox səbəbləri var və zaman-zaman bu problemlərdən danışırıq. Təəssüf ki, əksər toylarda bu məsələlər müşahidə olunur”.
Gununsesi.info bildirib ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov “Baku TV” nin Efirində Yayınlanan “Aktual gündəm” verilişində səsləndirib:
“Azərbaycanda toy və yasların özünəməxsus ənənələri var və bu, ədəbiyyatımızda da öz əksini tapıb. Lakin bu gün toyda musiqinin həddindən artıq yüksək səslə ifa olunması, milli musiqiyə az yer verilməsi, daha çox xarici və bəzən bayağı musiqilərin üstünlük təşkil etməsi narahatlıq doğurur.
Toylarda keyfiyyət məsələsi də ciddi problemə çevrilib. Ən çox narahatlıq doğuran mövzulardan biri israfçılıqdır. Saysız-hesabsız qəlyanaltılar hazırlanır, lakin bunların çoxu yeyilmir. İnsan yalnız müəyyən miqdarda yemək qəbul edə bilər, amma masaların üzərinə gətirilənlər çox vaxt istifadə olunmur. Dünyanın bir çox yerlərində insanlar bu qədər yeməyi belə tapa bilmirlər. Bu isə bütün proseslərə mənfi təsir göstərir.
Daha narahatedici məsələ odur ki, həyatımız elə qurulub ki, çox vaxt doğmalarımızla yalnız toy və yas mərasimlərində görüşürük. İki insan yan-yana oturur, amma bir-birini dinləyə bilmir. Yüksək səsli musiqinin insan sağlamlığına mənfi təsiri böyükdür. Təəssüf ki, insanlar çox vaxt rəqabət və müqayisəyə meyillidirlər: “Filankəs belə etdi, mənimki ondan daha yaxşı olmalıdır” və s”.
Deputat insanların arasında bəhsə-bəhs etməyin əsas səbəblərindən birini son dövrlərdə insanların intellektual səviyyəsinin aşağı düşməsi ilə izah edib:
“Eyni zamanda dünyagörüşünün də məhdud olmasıdır. Cəmiyyətdə təkəbbürün artması və bəhsə-bəhs də bu halları daha da artırır.
Bugünkü toylar özü bir problemə çevrilib. Şadlıq saraylarının qiymətləri çox yüksəkdir. Azərbaycanda ailələrin böyük bir büdcəsi toy xərclərinə sərf olunur. İnsanlar 300–600 manat maaş alır, lakin dəvətnamə aldıqda həmin məbləği ödəmək üçün ciddi çətinlik yaşayır.
Xalqımızın özünəməxsus gözəl rəqsləri var, lakin təəssüf ki, milli rəqslərə üstünlük verilmir. İnsanların oynamaq tərzi dəyişib. Kişilər qadın kimi, qadınlar kişi kimi rəqs edir. Bu, doğru deyil. Bu, həm də ənənələrimiz və dəyərlərimizdir. Müasirlik bəhanəsi ilə bunu dəyişmək olmaz.
Nəticədə, toyların musiqi və rəqs seçimi də narahatedicidir. Xalq musiqisi və milli mahnılar çox vaxt nəzərə alınmır, əvəzində digər ölkələrin mahnılarına üstünlük verilir. Bütün bunları nəzərə aldıqda, toyların bugünkü vəziyyəti ciddi problemlərə yol açır”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















