Icma.az
close
up
RU
Toylarda yeni xidmət: Bəyə “kirayə dostlar” tutulur

Toylarda yeni xidmət: Bəyə “kirayə dostlar” tutulur

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda toylarla bağlı bir sıra adət-ənənələr zaman-zaman populyar olur, sonra dəbdən düşür, yeniləri yerini tutur. Kimin münasibətinin necə olmasından asılı olmayaraq, bütün bunlar əlavə vəsait, xərc deməkdir. Ona görə də bir çox ənənələr bəzən də israfçılıq kimi qiymətləndirlir, tənqid olunur.

Ətraflı

Ad - 00:08

İndi isə toylarda yeni bir xidmət - “Bəyin dostları xidməti” təklif olunur. Bu, qeyri-adi ideya həm maraq, həm də müzakirə doğurub.

Bu xidmətin ideya müəllifi ilə söhbətimizdə bu fərqli təşəbbüsün necə yarandığını, məqsədini və insanların reaksiyasını öyrənməyə çalışdıq.

“Yeni Sabah”a danışan Tərahim Dadaşov deyir ki, “bəyin dostları xidməti” toy məclisində bəyə xüsusi dəstək göstərmək, məclisə əlavə ab-hava qatmaq məqsədi daşıyır. Bu xidmət çərçivəsində bəyin ətrafında olan şəxslər onunla birlikdə toyda aktiv iştirak edir, rəqsə dəvət edir, lazım gəldikdə toy başlamazdan əvvəl kortejdə də yer alırlar. Eyni zamanda maraqlı videoçarxların çəkilməsi də xidmətin bir hissəsi kimi nəzərdə tutulur.

İdeya müəllifi bildirib ki, “bəyin dostları xidməti”ndə bir nəfər üçün 150 manat ödəniş nəzərdə tutulub. Yəni qiymət iştirak edəcək dostların sayına uyğun dəyişir. Onun sözlərinə görə, xidmət tam şəkildə müştərinin istəyinə uyğun formalaşdırılır. Neçə nəfərin iştirak edəcəyi, mərasimdə hansı formada yer alınacağı və xidmətin hansı müddəti əhatə edəcəyi sifarişçinin seçiminə bağlıdır. Hətta istək olarsa, toyun əvvəlindən sonuna qədər bu xidmətdən yararlanmaq mümkündür.

Tərahim Dadaşov vurğulayıb ki, bu təşəbbüs onun şəxsi ideyasıdır və məqsədləri Azərbaycanda bu sahədə bir ilkə imza atmaq olub. Onun sözlərinə görə, hələlik ölkədə bu formatda xidməti reallaşdıran başqa bir nümunə ilə rastlaşmayıb.

Müsahibimiz deyir ki, elan cəmi 1 gündür paylaşılsa da, artıq bu qısa müddətdə xidmətlə maraqlanan və ətraflı məlumat almaq istəyən şəxslər olub. O, əlavə edib ki, təşəbbüs təkcə toylarla məhdudlaşmır.

Paylaşım “bəyin dostları xidməti” adı ilə təqdim olunsa da, xidmət digər mərasimlər üçün də nəzərdə tutulub.

Hətta kollektiv yalnız oğlanlardan ibarət deyil. Ehtiyac olduqda xanımlar da bu xidmətə cəlb oluna bilər və onlar gəlinin yaxın çevrəsi, rəfiqələri kimi çıxış edə bilərlər.

T.Dadaşov qeyd edib ki, əgər bu sahəyə tələbat artsa, gələcəkdə xidməti daha da genişləndirməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Aprel 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri