Icma.az
close
up
RU
Toyota Alphard da təhlükə aşkarlandı Geri çağırılır

Toyota Alphard da təhlükə aşkarlandı Geri çağırılır

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Toyota Rusiyada satılmış bəzi Alphard mikroavtobuslarını geri çağırdığını açıqlayıb. 

Milli.Az rus mediasına istinadla xəbər verir ki, bu barədə Federal Texniki Tənzimləmə və Metrologiya Agentliyi (Rosstandart) məlumat yayıb.

Məlumata görə, geri çağırılma 2020-ci il sentyabrın 30-dan 2021-ci il martın 31-dək Rusiya bazarında satılmış 195 ədəd Toyota Alphard modelinə şamil edilir.

Rosstandartın açıqlamasında qeyd olunur ki, avtomobillərdə ön kapot qəlibinin bərkidilməsində dizayn uyğunsuzluğu aşkar edilib. Temperatur dəyişiklikləri səbəbindən kapotun qəlibi deformasiyaya uğraya, bu isə çatlara və zəifləməyə, hətta qəlibin qopmasına gətirib çıxara bilər. Belə bir nasazlıq yol hərəkətində təhlükə yarada bilər.

Toyota Motor MMC bu nəqliyyat vasitələrinin sahiblərinə məktub və ya telefon zəngi vasitəsilə müraciət edəcək. Problemin aradan qaldırılması məqsədilə avtomobillərin ön kapot hissəsi rəsmi Toyota dilerlərində tamamilə pulsuz şəkildə dəyişdiriləcək.

Şirkət mümkün insidentlərin qarşısını almaq üçün təsirə məruz qalan bütün avtomobillərin təcili şəkildə servislərə təqdim olunmasını tövsiyə edir.

Fidan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see276

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see258

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see254

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see254

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see202

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see186

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see183

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see180

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see180

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see177

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see173

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see173

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see172

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see172

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see170

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see169

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see167

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see167

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see164

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri