Toyota başqa markalara mühərrik satacaq
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avtomobil istehsalçılarınin bir-birinə mühərrik satmasına az hallarda rast gəlinir. Çünki mühərrik hər bir markanın vizit kartıdır. Lakin istisnalar da olub.
Avtosfer.az xəbər verir ki, Toyota bu il mühərrik satışından 500 milyon avro (1 milyard AZN) gəlir əldə edib. Yaponiyalı istehsalçı satışları artırmaq və bu sahədə gəlirlərini 2032-ci ilədək 1,5 milyard avroya çatdırmaq istəyir.
Şirkətin texniki direktoru Hiroki Nakajima planları təqdim edib. Gündoğar ölkədən olan istehsalçı müştərilərə 1,5 və 2 litrlik sadə və turbo mühərriklər təklif edir. Mühərriklər əvvəlki versiyalarından daha kompakt olduğu üçün bir çox maşının kapotu altına yerləşir. Bütün mühərriklər adi və doldurulabilən hibridlə aqreqatlaşdırılır.
Yaponiyalı istehsalçının hibrid texnologiyaları etibar qazandığı üçün təklifin maraq doğuracağı gözlənilir. Digər tərəfdən, yeni mühərrik layihələndirmək çətin olduğu üçün təklif istehsalçılara da maraqlı olacaq.
Vüqar
Baxış sayı:49
Bu xəbər 03 Noyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















